image-2000x150
image-thumbbackend

“Ermənilər Azərbaycanın tələbini yerinə yetirməsə, Azərbaycan radikal addımlar atacaq” – Arzuman Muradlı

image-728x90

“Azərbaycanın Laçın yolunda sərhəd-keçid məntəqəsi quraşdırması qərarı məcburi xarakter daşıyır. Səbəb odur ki, Laçın dəhlizi Ermənistan ərazisindən Qarabağa müxtəlif növ silah-sursat və minaların daşınması üçün istifadə olunurdu.” –Ulusal.az-a açıqlamasında bu fikirləri politoloq Arzuman Muradlı bildirib.

image-media-1677060887_arzuman-teze-1-2-z4v90wibp7m5ftq2luoa

Politoloq bildirib ki, 23 apreldə Azərbaycan Dövlət Sərhəd Xidmətinin Laçın yolunun girişində, Ermənistanla sərhəddə, Həkəri çayı üzərində sərhəd-keçid məntəqəsi qurmasıermənilərin təxribat planlarını alt-üst edib.

“Azərbaycan tərəfi bundan öncə də ermənilərə bir neçə dəfə xəbərdarlıq etmişdi. Lakin görünən o idi ki, ermənilərin təxribatlarından əl çəkmək fikrində deyildilər. Azərbaycanın  səbir kasasını dolduran son damla Azərbaycan postlarına təchizat aparan hərbi maşının və bir əsgərin erməni minalarına düşməsi və 3 hərbçinin yaralanması oldu. Hər kəsə bəllidir ki, məhz keçid yolları ilə ermənilər humanitar yük altında silah-sursat və minalar daşıyır. Elə 3 hərbiçimizin yaralanması zamanı aparılan araşdırmalarla müəyyən edildi ki, Azərbaycan hərbi maşınının və əsgərin düşdüyü tank və piyada əleyhinə minalar 2021-ci ildə Ermənistanda istehsal olunub və Azərbaycan ərazisinə gətirilib.Ermənistanın reaksiyasına gəlincə, bu, son dərəcə isterikdir və təbii ki, Azərbaycan tərəfindən nəzarət-buraxılış məntəqəsinin quraşdırılmasına İrəvandan heç bir razılıq yoxdur. Əksinə, hansısa “yeni erməni soyqırımı”, hazırlanmaqda olan “etnik təmizləmə” və s. təbliğat xarakterli bəyanatlar səsləndirilir. Təbii ki, bunların hamısı təbliğatdır. Reallıq odur ki, nəzarət proseduru təmin ediləcək. Bu nəzarət-buraxılış məntəqəsinin quraşdırılması ilə Azərbaycan tərəfi ermənilərə son xəbərdarlığını etdi. Artıq Azərbaycan tərəfi ermənilərə tələblərini səsləndirib. Ermənilər Azərbaycanın tələblərini yerinə yetirməsə, Azərbaycan radikal addımlar atacaq ”.-deyə Arzuman Muradlı bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90