image-rt-reklam
image-1backend

Ermənilər Azərbaycan kəndindən çıxmaq istəmir – Qərargah yaratdılar

image-728x90

Azərbaycanın Əskipara kəndində (Yuxarı və Aşağı Əskipara kəndinin arasında yerləşən, ermənilər tərəfindən Voskepar adlandırılan ərazi) məskunlaşan ermənilər ərazini tərk etməyəcəklərini və kəndlərin təhvil verilməsi ilə razılaşmayacaqlarını bildirib.

Ulusal.az xəbər verir ki, kənddəki ermənilər bununla bağlı Ermənistanın baş naziri Nikol Paşinyana məktub ünvanlayıb.

Onlar məktubda kəndlərin qaytarılması ilə yaşadıqları kəndin mühasirəyə düşəcəyini əsasən gətirərək, hökumətin ərazilərin təhvil verilməsi ilə bağlı qərarını dəyişdirməsini istəyiblər.

Bununla yanaşı, Ermənistan müxalifəti və revanşist qüvvələr bu kənddə yaşayan erməniləri müqavimətə hazırlayır. Bu məqsədlə “Ermənistan dövlətçiliyi naminə” əlaqələndirici qərargah da yaradılıb. Qərargahın əsl məqsədi də bu kənddəki erməniləri təşkilatlandırmaq və 4 kəndin qaytarılmasına qarşı etiraz kampaniyaları təşkil etməkdir.

Lakin Ermənistan hakimiyyəti Əskiparadakı ermənilərin müraciətini qəbul etməyib. Kənddəki ermənilərə cavabı isə Paşinyanın rəhbəri olduğu “Mülki müqavilə” partiyasının deputatı Vahe Qulamyan verib.

Qulamyan Paşinyanın fikirlərini yada salıb və qeyd edib ki, bu kəndlər Ermənistana məxsus deyil.

“Bizim öz sərhədimiz olmalıdır. Kəndlərin qaytarılması da delimitasiya prosesinin bir hissəsidir. Sərhədin çəkilişinə Tavuşdan başlamaq qərarı verilib”, – o bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90