image-2000x150
image-bez-nazvaniyabackend

“Ermənilər artıq reallıqla barışıblar” – Arzuman Muradlı

image-728x90

“Artıq Qarabağdakı ermənilər anlayır ki, çıxış yolu yoxdur. Bunu dünən axşam yayılan görüntülərdən də aydın görmək olur. Qarabağdakı erməni əhalisinin Laçın postunda yoxlanılmasına dair yeni görüntülərdə ermənilərin reallıqla barışdığı aydın sezilir. Burada diqqətçəkən əsas məqam ilk yoxlamadan sonra situasiyanın dəyişməsidir.” – bu fikirləri Ulusal.az-a açıqlamasında politoloq Arzuman Muradlı bildirib.

image-media-1677060887_arzuman-teze-1-2-z4v90wibp7m5ftq2luoa

Politoloq hesab edir ki, Azərbaycan tərəfinin atdığı addımlar ermənilərin reallıqla barışmasına səbəb olub.

“İki həftə öncə ermənilərin pasportları ilk dəfə yoxlanılanda reaksiya fərqli idi: pasportu yoxlanılan ermənilər narazı görünür, o cümlədən, rəsmi İrəvan, Xankəndidə qalan separatçılar və beynəlxalq aləmdə ermənipərəst dairələr buna etiraz edirdi; daha sonra yoxlamalarla bağlı yayılan görüntülərdə fərqli mənzər müşahidə edilir.Birincisi, erməni əhalisi reallıqla barışır və bölgədə hərəkət etmək üçün Azərbaycan qanunvericiliyinə tabe olmaqdan başqa çıxış yolunun olmadığını görürlər;
İkincisi, Qarabağın Azərbaycan ərazisi olduğu, Azərbaycan qanunlarına tabe olmadan burada yaşamaq perspektivinin olmadığını əyani şəkildə müşahidə edirlər;
Üçüncüsü, ermənilər azərbaycanlılar haqda anti-təbliğatın doğru olmadığına öz gözləri ilə şahid olurlar;

Bütün bunlar erməni əhalisinin reinteqrasiya prosesinə münasibətinin də müsbət yöndə dəyişməsi perspektivini yaradır. Qarabağdakı separatçılar əhalinin reinteqrasiyasına mane olmağa çalışsa da, Laçın postundakı yoxlama prosesini ümumilikdə erməni əhalisi ilə təbii təmasın yaranması da hesab etmək olar. Bu, Xankəndi və Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi digər ərazilərə nəzarətin bərpa olunması istiqamətində mühüm addımdır. Hesab edirəm ki, tezliklə öz funkusyasını itirən Rusiya sülhməramlıları da ərazini tərk edəcək.”- deyə Arzuman Muradlı bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90