image-2000x150
image-1678017006_amaras-monastiribackend

Ermənilər Amaras monastırı istiqamətində də təxribat TÖRƏTDİ

image-728x90

Bəzi məlumatlara görə, Azərbaycan Silahlı Qüvvələri Amaras monastırı istiqamətində təxribat törətməyə cəhd edən erməni terrorçularına layiqli cavab verib.

Ulusal.az xəbər verir ki, bu barədə informasiyanı “Qafqaz büro” Telegram kanalı yayıb.

Azərbaycan Müdafiə Nazirliyi bununla bağlı rəsmi məlumat verməyib.

Xatırladaq ki, Amaras monastırı Xocavənd rayonunun Sos kəndi ərazisində yerləşən xristian məbədidir.

Monastır Qafqaz Albaniyasında erkən xristianlıq dövründən Alban Həvari Kilsəsinin ləğv edilməsinə kimi ziyarət edilmiş ən müqəddəs məbədlərdən biri olmaqla, yaxın vaxtlara kimi yerləşdiyi ərazinin həm xristian, həm də müsəlman əhalisi tərəfindən müqəddəs hesab edilib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90