“Rəsmi İrəvan dövlət səviyyəsində təxribatla məşğuldur. Ermənistan rəsmi Bakı ilə əvvəlcədən heç bir razılıq əldə etmədən, Qarabağ regionuna – Azərbaycan ərazisinə “humanitar yardım” göndərib. Beynəlxalq hüquq normaları baxımdan bu, açıq-aşkar provokativ addımdır. Bu təxribat rəsmi İrəvanın Azərbaycanın ərazi bütövlüyünü tanıması barədə bəyanatları ilə kəskin ziddiyyət təşkil edir.” -bu fikirləri Ulusal.az-a açıqlamasında politoloq Arzuman Muradlı bildirib.
Politoloq qeyd edib ki, bu təxribatın araxasında İrəvanın xüsusi maraqları var.
“Paşinyan sülh danışıqlarına açıq olduğunu bəyan edir. Amma rəsmi İrəvan baş nazir Nikol Paşinyanın məlum bəyanatları ilə ziddiyyət təşkil edən təxribata əl atır. Bəzi ehtimallara görə, baş nazir Nikol Paşinyan son açıqlamalarından sonra terrorizmə vərdişli erməni toplumu tərəfindən öldürülə biləcəyindən qorxuya düşüb və öz “günahını yumaq” niyyətinə düşüb. Digər ehtimal isə ondan ibarətdir ki, erməni baş nazir öz bəyanatlarında qətiyyən səmimi deyil və sadəcə, zaman qazanmağa çalışır. Həmin müddətdə isə belə provokativ oyunlarla vəziyyəti mümkün qədər qəlizləşdirməyə cəhd göstərir. Amma artıq ermənilərin belə təxribatları keçərli deyil. Azərbaycan səbrlə hadisələrin gedişinə nəzarət edir. Əgər ermənilər genişmiqyaslı təxribatı davam etdirsələr, o zaman rəsmi Bakı onları ağır cəzalandıracaq.” -deyə Arzuman Muradlı bildirib.






















