image-rt-reklam
image-agdam-xankendi-yolubackend

Erməni təxribatçılar yenə toplaşdı: Ağdam-Xankəndi yolunda son vəziyyət

image-728x90

Azərbaycanın Qarabağdakı erməni əhalisinə göndərdiyi humanitar yüklər Ağdam-Xankəndi yolunda gözləməyə davam edir. Bir qrup erməni təxribatçı isə separatçı-terrorçu rejimin tapşırığı ilə Ağdam yolunu bloklayıblar.

Ulusal.az xəbər verir ki, Rusiya yük maşınlarının Ağdam marşrutundan keçərək, Xankəndiydə getməsindən sonra erməni təxribatçılar yolu bağlamağa davam edir.

Onlar bildirir ki, bundan sonra hətta Rusiya maşınlarının da keçidinə icazə verməyəcəklər.

Erməni təxribatçı Vlad Balayan iddia edir ki, guya onlar Rusiya maşınlarını Ağdam yolundan Laçın yolunun da açılacağı vədinə görə buraxıblar: “Lakin açılmadı, ona görə də bundan sonra bir dənə də olsun Rusiya maşınını belə buradan buraxmayacağıq”.

Halbuki, erməni mənbələr Rusiya maşınlarının Ağdam yolundan keçidinin təmini üçün “qara maskalıların” orada toplaşan separatçıları döydüyünü və uzaqlaşdırdığını yazırdı. V.Balayan isə bunu təkzib edib və qeyd edir ki, yolun bloklanmasına sona qədər davam edəcəklər.

Bunun Azərbaycan yüklərinin keçidinin qarşısını almaq məqsədilə separatçıların oyunu olduğu bəllidir. Lakin Laçın yolunun da açılmayacağı və erməni əhalisinin təminatında Ağdam-Xankəndi yolunun əsas marşrut olacağı reallığı dəyişməyəcək. Bu vəziyyətdə yeganə yol separatçılara qarşı konkret addımların atılması, onların neytrallaşdırılmasıdır.Publika.az

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90