image-rt-reklam
image-1backend

Erməni terrorunun qurbanı olan azərbaycanlı dahi: Vaqif Nağıyev kim idi?

image-728x90

Onun haqqında demək olar ki, çox az məlumat var. Cəmi 51 il ömür sürdüyü və müəmmalı şəkildə öldüyü qeyd edilir. Cəmi 51 yaş. Çox maraqlıdır 51 il ömür sürən və bütün dünyanın axtardığı bu dahi kim idi? Hələ sağlığında xüsusi qoruma altına alınan azərbaycanlı alimi kim və niyə qətlə yetirmişdi? Suallar çoxdur. Cavab isə yoxdur. Çünki haqqında yazdığımız alimlə heç bir yaxın qohumunun və dostunun əlaqə saxlamasına icazə verilməyib. Dünyanı heyrətləndirən və bütün ölkələrin kəşfiyyat orqanlarının maraq dairəsində olan azərbaycanlı alim, general- mayor Vaqif Nağıyevin həyat hekayəsi ilə sizi tanış edəcəyik. Vaqif Nağıyev haqqında 2013-cü ildə Azərbaycan Radiosunda “Hərb tariximizdən” verilişində danışmışdıq. Hələ o zaman bu alim, general, ixtiraçı bir sözlə dahi haqqında məlumatlar toplamağa qərar verdim. Lakin onun haqqında danışmaq istəyən və yaxud danışmağa maraqlı heç kəs yox idi. Çünki Vaqif Nağıyevə bağlı olan bütün məlumatlar sanki bilərəkdən yox edilmişdi. 2018-ci ildə onu tələbəlik illərində  tanıyan Yusif Məmmədovla tanış oldum. Maraqlı bir adam olan Yusif müəllim Vaqif Nağıyevin keçmiş SSRİ-nin ən məşhur alimlərindən biri olduğunu bildirirərək, onun müəmmalı bir həyata sahib olduğunu qeyd edirdi. Yusif Məmmədov hələ tələbəlik illərində Vaqif Nağıyevin qeyri-adi istedada sahib olduğunu bildirirdi. Amma həmsöhbətimiz hələ o zaman bildirdi ki, Vaqif Nağıyevlə əlaqələr tamam kəsildi, sanki o  birdən birə qeybə çəkildi.

Vaqif Nağiyev 1941-ci ildə sadə bir ailədə  Lənkəranda doğulmuşdu. Orta məktəbin 10-11 siniflərini Bakıda 132  saylı məktəbdə alır. Daha sonra  1958-1963-cü illərdə Azərbaycan  Neft-Kimya İnstitutunu elektromexanik-mühəndis ixtisası üzrə təhsil alır. Universiteti  bitirdikdən
sonra bir ilə yaxın Azərbaycan Milli Elmlər Akademiyasında  işləyir. Lakin bir müddət sonra  o  Moskvaya dəvət edilir. 1965-ci ildə
yarımkeçiricilərlə bağlı namizədlik dissertasiyası müdafiə edir, Moskva Aviasiya Texnologiya İnstitutunda radioelektron aparatların istehsalı texnologiyası kafedrasında işləyir. 1986-cı ildə kosmosda
istifadə olunmaq üçün tibbi diaqnostik aparatların hazırlanma texnologiyası ilə məşğul olmağa başlayır. Məhz bu texniki qrupa daxil olduqdan sonra Vaqif Nağıyevlə bütün əlaqələr kəsilir. Gənc alim SSRİ DTK-nin xüsusi nəzarəti altında calışmağa başlayır.

SSRİ Səhiyyə Nazirliyinin tibbi texnika üzrə Ümumittifaq Elmi Tədqiqat Sınaq İnstitutunda ultrasəs diaqnostik tibbi aparatların hazırlanması və koordinasiyası şöbəsinin müdiri və həm də SSRİ Səhiyyə Nazirliyində
bu sahənin rəhbəri vəzifəsinə yüksəlir. Qısa zamanda 5 monoqrafiyanın, 23 ixtiranın, 200-dən artıq elmi məqalənin müəllifi olur. Yorulmaz təqdiqatçı apardığı tədqiqatlar dövlət əhəmiyyətli olduğu üçün yaxınlarının onunla əlaqəsi tamamilə kəsilir.  Vaqif Nağıyev ugurlu təqdiqatçı alim kimi tezliklə texnika elmləri doktoru,
professor adını alır. 1986-cı ildə Vaqif Nağıyev  SSRİ EA-nın və SSRİ Tibbi-Texniki Elmlər Akademiyasının akademiki adını alır. Elə həmin il ona  tibb xidməti general-mayoru rütbəsi verilir.

Vaqif Nağıyev həm də SSRİ Müdafiə Nazirliyində kosmosda diaqnostik tədqiqatlarla bağlı mühüm vəzifə daşıyırdı.

Ultrasəs vazolokator, elektron qurğularının termoelektrik sərinləşdirilməsi, inteqral sxemlərin tədqiqi və sınağı üçün termoelektrik cihazlar, allergiyalı dermotozların müalicə üsulları və ultrasəs texnologiyalarının perspektiv inkişafı ilə bağlı tədqiqatlar aparır. Tədqiqatlarının əsas yönümü
kosmosla bağlı olur.

Vaqif Nağıyev 1988-ci ildə İtaliyaya elmi təqdiqat işləri üçün yollanır. Xüsusi qoruma altında bu tədqiqatları həyata keçirən alim tez-tez İtaliyada səfərlərdə olur. Gənc alimin ölümü də vaxtsız olur. 1992-ci ildə Romaya ucmağa hazırlaşan alim təyyarədə özünü pis hiss edir. Ona iynə vurulur və bir neçə dəqiqə sonra Vaqif Nağıyev vəfat edir. Alimin ürək tutumasından dünyasını dəyişdiyi bildirilsə də, sonralar onun erməni tibb bacısı tərəfindən zəhərləndiyi bildirilir.

Daha sonra alimin cənazəsi Bakıya gətirilərək burada dəfn edilir.

Texnika elmləri doktoru, professor, SSRİ EA-nın və SSRİ Tibbi-Texniki Elmlər Akademiyasının akademiki, tibb xidməti general-mayoru olan bir həmyerlimiz də məhz 51 yaşında erməni terrorunun qurbanı olur.

Qoşqar Salmanlı

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90