image-rt-reklam
image-1backend

Erməni ordusu belə məhv edildi: Bir döyüşün tarixi… 

image-728x90

2020-ci il Ermənistanın hərb tarixinə qara hərflərlə yazıldı. Azərbaycan ordusu cəmi 44 gün ərzində düşmənin bütün həmlələrini dəf edərək, ermənilərə sarsıdıcı zərbə vurdu. 44 günə erməni ordusu bəlkə də tarixində ən ağır zərbəni aldı. Lakin zaman keçdikcə toparlanmağa çalışan ermənilər yenidən öz təxribatlarını davam etdirməyə başladılar.

19 sentyabr 2023-cü ildə, səhər saatlarında Qarabağda Azərbaycan Silahlı Qüvvələri və erməni silahlı birləşmələri arasında silahlı toqquşma başladı.  Cəmi 24 saat ərzində Qarabağdakı bütün Ermənistan ordusu təslim olduğunu açıqladı. Bu tarixdə qazanılan uğurların davamı idi. Sözsüz ki, tarix boyu Azərbaycan oğulları ermənilərə çoxsaylı döyüşlərdə sarsıdıcı zərbə endirib. Bu gün sizə məlumat verəcəyimiz bu döyüş isə, bu gün də ermənilərin qorxu ilə xatırladıqları döyüşlərdən biridir.

Birinci Qarabağ savaşı başlayan zaman tez bir zamanda təşkilatlanan ermənilər silahlanmağı və mütəşəkkil döyüşən bölüklər yaratmağı bacardılar.

Sözsüz bu işdə onlara xaricdə yaşayan ermənilər və Rusiya xüsusi xidmət orqanları yardımçı olurdu. Ermənilərin 1989-cu ildə yaratdıqları ilk böyük silahlı birləşmələrindən biri “Birinci rota” adlandırdıqları dəstələri idi.

Tezliklə bu rotaya 170-dən çox erməni cəlb edildi. Yüksək əməkhaqqı ilə təmin edilən və həvəsləndirilən ermənilər tezliklə azərbaycanlılara qarşı amansız savaşa başladılar. Bu dəstə peşəkarlardan ibarət bir xüsusi təyinatlı dəstə idi. Dəstənin komandiri isə general Geno Henri Hakobyan idi. Ancaq dəstəyə faktiki olaraq general Mikael Arzumanyan başçılıq edirdi. Təbii ki, dəstə qarşısına ciddi tapşırıq qoyulmuşdu. Onlar azərbaycanlıları qoca, qadın, uşaq bilmədən məhv etməli idi. 1992-ci ildə bu dəstə Şuşanın işğal edilməsi xüsusi fəallıq göstərir.

1992-ci ilin payızında Ağdərə rayonunun Göyarx kəndi istiqamətində gedən döyüş zamanı Azərbaycan Silahlı Qüvvələri tərəfindən ermənilərin “Birinci rota” adlandırdığı xüsusi təyinatlı dəstə darmadağın edilir. 170 nəfərlik dəstənin cəmi 15 üzvü bu döyüşdən sağ çıxa bilir. Döyüş zamanı dəstənin komandiri general, “Mişik” ləqəbli Mikael Arzumanyan ağır yaralanır. Lakin qaçmaq istəyən dəstə mühasirəyə salınır. Qanlı döyüşdən 15 nəfərlik dəstədən yalnız yaralı general Mikael Arzumanyan və Yaşa Xaçiyan sağ aradan çıxa bilir. Ermənilər məğlubedilməz adlandırdıqları “Birinci rota”sı cəmi bir saat içində məhv edilir…

Qoşqar Salmanlı

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90