image-2000x150
image-image_750x_63ebde485d9e6backend

Erməni nəşri: Bizim taleyimiz Rusiyadan deyil, İlham Əliyevdən asılıdır

image-728x90

Fevralın 14-də Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə zəng edib. Ulusal.az xəbər verir ki, telefon danışığı zamanı iqtisadi-ticarət əməkdaşlığının perspektivləri, o cümlədən enerji və nəqliyyat sahələrində birgə layihələr müzakirə olunub.

Həmçinin Cənubi Qafqaz regionundakı vəziyyətlə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

Ermənistan-Azərbaycan sərhədində sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün ardıcıl tədbirlərin görülməsinin vacibliyi qeyd edilib.

Bu kontekstdə Rusiya, Azərbaycan və Ermənistan arasında yüksək səviyyədə əldə edilmiş müvafiq razılaşmaların qeyd-şərtsiz həyata keçirilməsinin vacibliyi vurğulanıb.

Erməni nəşri “Hraparaq” iddia edir ki, ümumiyyətlə Rusiya Qarabağdan imtina edib.

Nəşr yazır:”Rusiya Ukrayna ilə çətin müharibə şəraitindədir. Belə şəraitdə o Cənubi Qafqazı nəzarətsiz buraxmaq niyyətində deyil. Amma indiki halda Rusiya Cənubi Qafqazı Azərbaycana güzəştə gedib. Rusiya bütünlüklə nəzarəti İlham Əliyevə həvalə edib. Bu o anlama gəlir ki, Putin ümumiyyətlə Qarabağdan da imtina edib. Əgər belə olmasaydı indiyədək Şuşa yolu acılardı. Bir sözlə bizim taleyimiz indiki halda Rusiyadan deyil, İlham Əliyevdən asılıdır. ”

 

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90