image-rt-reklam
image-1backend

Erməni müxalifəti “Türklər İrəvana girəcək” xəbərini gözləyir – Akop Badalyan

image-728x90

“Çoxlarına elə gəlir ki, müxalifət “Türklər sabah İrəvana girəcək” deyə ictimaiyyətə səslənəcək və bunu özünün uğuru hesab edəcək”.

Bizim.Media xəbər verir ki, bu barədə politoloq Akop Badalyan öz Facebook səhifəsində yazıb.

“Ermənistanın belə riskdən tamamilə azad olduğunu iddia etməyəcəyəm. Mən özüm bu risklərə əsaslanaraq Türkiyə ilə münasibətlər mexanizminin formalaşdırılmasının tərəfdarıyam.

Lakin “Türklər İrəvana girəcək” hay-küyünə siyasi mərc etmək siyasi düşüncənin və ideyaların acizliyinin təzahürüdür və ya Ermənistan üçün mövcud risklərin, ciddi və ölümcül çağırışların “siyasətsizləşdirilməsi”ndən başqa bir şey deyil. Ona görə ki, ictimaiyyət bu məsələni siyasi gündəmə gətirən, çaxnaşma yaradan, heç vaxt effektiv müqavimət resursuna çevrilə bilməyən qüvvə ilə (müxalifət nəzərdə tutulur) işləmək istəmir”, – deyə politoloq qeyd edib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90