image-2000x150
image-x1-5backend

Erməni komandir: “Azərbaycan əsgərləri sanki yerin altından çıxdılar, bir anda bütün batalyonu məhv etdilər”  

image-728x90

Ermənistan İstintaq Komissiyası 44 günlük Vətən Müharibəsi zamanı Ermənistan ordusunun Qarabağda məğlubiyyət səbəblərini araşdırmaqda davam edir. Ulusal.az xəbər verir ki, 3 ilə yaxındır davam edən istintaqdan sonra olduqca maraqlı faktlar üzə çıxıb.

Həmin döyüşlərdən biri isə Füzuli istiqamətində baş verib. Sözügedən istintaq materiallarına qeyd edilir ki, həmin istiqamətdə xidmət edən hərbi hissənin qərargah rəisi İşxan Vahanyanın səhvi nəticəsində bütöv bir batalyon Azərbaycan Ordusu tərəfindən məhv edilib.

Belə ki, həmin döyüşdə iştirak etmiş erməni hərbçilərinin istintaqa verdikləri ifadədə yazılır ki, sentyabrın sonlarında Azərbaycan Ordusunun etdiyi hücumların qarşısını almaq üçün onları Füzuli rayonu ərazisinə gətiriblər. “Biz təlimdən birbaşa Füzuliyə gətirdilər. Bir neçə gündən sonra ağır artilleriya atəşinə tutulduq. Hər tərəf tozun, dumanın içindəydi. Bir də xəbər gəldi ki, hərbi hissə komandirimiz qaçıb. Onu qərargah rəisi İşxan Vahanyan əvəz edirdi. Qəfildən Azərbaycan əsgərləri mövqelərimizə soxuldular. Nə edəcəyimizi bilmirdik. Qərargah rəisimizin qaçdığını gördük və biz də onun arxasıyca çəkilmək məcburiyyətində qaldıq. Səhər xəbər verdilər ki, döyüşdə hərbi hissəmizin bir batalyonu tamamilə məhv edilib”.

İşxan Vahanyanın ifadəsi isə daha maraqlı olub. “Hərbi hissə komandiri aradan çıxdıqdan sonra komandirliyi üzərimə götürdüm. Həmin vaxt Azərbaycan əsgərlərinin haradan peyda olduqlarını bilmədim. Sanki yerin altında gizlənmişdilər. Birdən qarşımıza çıxdılar. Elə panika yarandı ki, kim nə etdiyini bilmirdi. Əsgərlər nizamsız atəş aça-aça qaçırdılar. Bir batalyonu qısa zaman içində tamamilə məhv etdilər. Yaralıların sayı-hesabı yox idi. Mən də gördüklərimdən qorxdum və qaçmağa başladım”.

Qeyd edək ki, Ermənistan İstintaq Komissiyasının araşdırmasında olan cinayət işlərində bu tip epizodlar çoxdur. Bunu müstəntiqlər də etiraf edirlər.jamaz

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90