Bu gün saat 16:10- da Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunda yerləşən hərbi hissəsində güclü partlayış olub.
Ulusal.az xəbər verir ki, erməni mediasının məlumatına görə hərbi hissədə minatan mərmilərinin daşınıb anbara yığılması zamanı partlayış baş verib. Minaatan mərmisinin partlaması nəticəsində 30-dan artıq hərbçi ağır yaralanıb.
Faktı Ermənistan Müdafiə Nazirliyi də təsdiqləyib.