Ermənistandan Qarabağa gəlmək istəyən mülki geyimli hərbçi Laçın sərhəd-keçid məntəqəsindən buraxılmayıb.
Bu barədə “Hraparak” nəşri mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, erməni hərbçi dünən mülki geyimdə sərhəd-keçid məntəqəsindən Qarabağa keçmək istəyib.
“Lakin azərbaycanlılar onun keçidinə imkan verməyiblər. Bu o deməkdir ki, Azərbaycanda müvafiq məlumat bazası mövcuddur və onlar Qarabağdan Ermənistana gedən, yaxud əks istiqamətdə hərəkət edən hər kəslə bağlı informasiyaya malikdirlər.
Bütün bunlar göstərir ki, Rusiya sülhməramlıları Qarabağda artıq heç bir rol oynamır, erməni əhalisi Azərbaycanın qaydaları ilə üz-üzə qalıb. Ermənistan da onlarla bağlı nəsə edə bilməz, çünki Qarabağı Azərbaycan ərazisi kimi tanıyıblar”, – nəşr yazır.




















