image-rt-reklam
image-media-1677060887_arzuman-teze-1-2-z4v90wibp7m5ftq2luoabackend

Erməni ekspertlər rəsmi Tehrana necə qulluq edir? -Politoloq sensasion faktlar açıqladı

image-728x90

“İranda Azərbaycana qarşı sistemli təbliğat aparmaq üçün ”ixtisaslaşmış” KİV, sosial şəbəkə hesabları yaradılıb.Həmçinin bu gün Ermənistan mediası və ekpertləri faktiki olaraq İran xüsusi xidmət orqanlarının tapşırıqlarını yerinə yetirir. Bunlar aydın görmək üçün erməni mediasına nəzər yetirmək lazımdır .”- Ulusal.az-a açıqlamasında bu fikirləri politoloq Arzuman Muradlı bildirib.

Politoloq bildirib ki, İranın Xarici İşlər Nazirliyinin Azərbaycana diplomatik “nota” göndərməsi barədə bu ölkə mediasının birtərəfli qaydada yaydığı məlumatlar manipulyasiya xarakterlidir.

“Erməni mediası və fars rejimin təbliğat ruporları İranın Azərbaycana nota verdiyini yazır. Maraqlıdır ki, sözügedən “nota” Azərbaycanın Xarici İşlər Nazirliyinə çatmayıb. Çatması üçün hüquqi mexanizm də yoxdur, çünki Azərbaycan Respublikasının Tehrandakı səfirliyi işləmir, faktiki yoxdur. İran notanı necə, hansı vasitə ilə və kimə göndərib? Əgər yalanlarının üzə çıxdığını görüb sonradan informasiyanı dəyişəcəklərsə, yəni notanı başqa vasitələrlə göndərdiklərini iddia edəcəklərsə, bu da yalan olacaq və yumor doğuracaq. Rəsmi prosedurlara görə, diplomatik notalar həftənin iş günləri göndərilir. İran mediasının məlumatından belə nəticə çıxır ki, onlar “notanı” şənbə günü, yəni qeyri-iş günündə təqdim ediblər. Bu və digər detalları təhlil edəndə bəlli olur ki, İran mediası və onlara “nota” barədə məlumat “sızdıran” İran hakimiyyət orqanları ciddiyyət hissini itiriblər. Rəsmi protokollar üzərində qeyri-ciddi manipulyasiyalara yol verirlər. Digər tərəfdən İran öz çirkin siyasətini rəsmi İrəvanın himayəsində olan media ilə və ekspertlər vasitəsilə yayır, həmçinin İranda olan ermənilərdən və yaxud Azərbaycan düşməni olan rəxribatçı mediadan istifadə edir” – deyə Arzuman Muradlı bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90