image-2000x150
image-8f82193311385bcd2c01182b7166d635backend

Erməni ekspert: “Danışıqlar masasında Ermənistanın taleyi həll olunur”

image-728x90

“Gedən danışıqlar Dağlıq Qarabağla deyil, Ermənistanla bağlıdır. Məhz Ermənistanın taleyi danışıqlar masasındadır”.

Bu fikrin müəllifi erməni politoloq Beniamin Matevosyandır.

Onun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan hələ 2022-ci ilin oktyabrında Praqada Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb və dünən Avropa Şurasının rəhbəri Şarl Mişel bunu yalnız rəsmi şəkildə bəyan edib.

O, Brüsseldəki əvvəlki görüşlərin nəticələrinə görə, Dağlıq Qarabağ ermənilərini etnik azlıq adlandırıldığı, daha sonra bunun texniki səhv və ya Mişelin şəxsi mövqeyi kimi təqdim edildiyini, lakin sonradan danışıqların yekunlarına dair bəyanatlarda “etnik azlıq” termininin hər yerdə istifadə olunduğunu xatırladıb.

Yəni əslində, bunun bir “texniki səhv” olmadığı ortaya çıxıb.

“Avropa İttifaqının saytında rəqəmlər dəyişdiriləndə (Azərbaycan ərazisi 89,6 kv.km göstərilib, sonra isə 86,6 kv.km-ə düzəliş edilib.) eyni hal bu dəfə də baş verib. Hər şey eyni məntiqdədir. Onlar özlərində olan məlumatları verirlər, sonra dəyişiklik edirlər, sonra görürük ki, növbəti danışıqlarda bu məntiq tətbiq olunur”, – deyə Matevosyan vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan Ermənistandan növbəti güzəşt əldə etməyə çalışmaq üçün şans alır. “Onlar Qarabağın blokadasını dərinləşdirməyə və başqa addımlara əl atmağa çalışacaqlar. Belə çıxır ki, Dığ kəndi yaxınlığında və digər yerlərdə baş verənlər əslində, zorla delimitasiya prosesindən başqa bir şey deyil”, – deyə erməni ekspert qeyd edib.

Matevosyanın iddiasına görə, Azərbaycanın irimiqyaslı hərbi əməliyyatlara əl atmasına iki amil mane olur: imzalanmış sənədin olmaması və Rusiya sülhməramlılarının olması.

“Hər şey 9 noyabr 2020-ci il bəyanatının tamamilə ləğv ediləcəyinə doğru gedir. Azərbaycan və Ermənistan Aİ və ABŞ-ın vasitəçiliyi ilə birgə şərtlər altında bu bəyanatı sabotaj edirlər”, – deyə erməni politoloq bildirib.Musavat.com

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90