Ermənistanın hakim “Mülkü Müqavilə” partiyasından olan bir qrup deputat Türkiyəyə gedəcək.
Ulusal.az “Hraparak” nəşrinə istinadən xəbər verir ki, deputatlar ATƏT PA-nın payız sessiyasının işində iştirak etmək üçün noyabrın 16-20-də İstanbula ezam olunacaqlar.
Ermənistan Milli Assambleyasının ATƏT PA-da nümayəndə heyətinin rəhbəri, Milli Assambleyanın Xarici Əlaqələr Daimi Komitəsinin sədri Sarkis Xandanyanın başçılıq edəcəyi nümayəndə heyətində deputatlar Mariya Karapetyan, Lilit Minasyan, Artur Hovhannisyan, eləcə də Xarici İşlər Nazirliyinin Beynəlxalq İşlər üzrə Departamentinin rəhbəri Mariam Hacı-Hakobyanın olacağı bildirilir.