“Ermənistan hakimiyyəti Zəngəzur dəhlizini hərraca çıxarıb”. Bu sözlərin müəllifi deputat Artur Xaçatryandır.
O deyib ki, həmin hərrac başqaları üçün deyil, birbaşa Azərbaycanın iştirakı üçün nəzərədə tutulub. “Paşinyan Zəngəzuru bazara çıxarıb, gözləyir ki, Azərbaycan hansı təklifi verəcək. Yəni, nə qədər təklif edəcək və ya nəyi təklif edəcək. “Qiymət”də anlaşsalar, Zəngəzuru verəcəklər. Lakin Paşinyan bunu “satmaq” kimi deyil, “milli maraqlar naminə” verdiyini deyəcək”.