image-2000x150
image-1-1-769x470backend

Erməni deputat Azərbaycanı hədələdi: “Bizi vursalar, biz də vuracayıq”

image-728x90

“Azərbaycanın Laçın dəhlizində quraşdırdığı nəzarət-buraxılış məntəqəsi Ermənistanın strateji tərəfdaşı olan Rusiya Federasiyasının sülhməramlı qoşunlarının məsuliyyət daşıdığı ərazidə yerləşir”.  Ulusal.az xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı, Müdafiə və Təhlükəsizlik Daimi Komitəsinin sədri Andranik Köçəryan deyib.

O qeyd edib ki, keçid məntəqəsinin yaradılması Ermənistanın strateji tərəfdaşının məsuliyyəti sahəsindədir. “İndi görək orada görüləcək hansı işlər var. Hazırda Rusiya 10 noyabr 2020-ci il tarixli üçtərəfli razılaşma əsasında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli, Ermənistan isə üzərinə düşəni etməlidir”.

Koçaryan Laçın-Xankəndi yolundan hələ də istifadə olunduğunu bildirib. “O yoldan xəbəriniz var idi? Bu yolun necə istifadə edildiyini bilirdinizmi? O qədər danışdınız ki, axırda bağladılar”.

Erməni deputat sərhəddə baş verən son insidentlə bağlı danışarkən, dolayısı ilə Azərbaycanı hədələməkdən də çəkinməyib. “İndiyə qədər onlar yerdəyişmə edirdilər, biz də çəkilirdik. Onlar atəş açırdılar, biz açmırdıq. Əvvəllər daha çox qurban verməli olurduq, indi isə elə deyil. Bir şeyi də deyim. Əgər Azərbaycan mövqelərimizi vurarsa, biz də vuracağıq”.

P.S. Ermənilər Hindistan və İrandan 5-6 sınıq-salxaq silah alıblar. Daha bilmirlər nə etsinlər. Bizi vuracaqları ilə hədələyirlər. El məsəli var: “Alış nəynən?” Həqiqətən də onlar düşünürlər ki, Hindistan silahı ilə Azərbaycana qalib gələ biləcəklər? Və ya həmin silahlar onların çox işinə yarayacaq?

Bilinən odur ki, ermənilər yeni təxribatlara hazırlaşırlar. Əllərində olan silah-sursatdan istifadə edib, yenə çoxlu sayda qurban verməli olacaqlar. jamaz

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90