image-rt-reklam
image-1backend

Əri evdə olmayan qadın yad kişilər gətirdi, içki məclisi qurdu, sonda isə… – Şok təfərrüat

image-728x90

Bakının Sabunçu rayonunda 1980-ci il təvəllüdlü Xəyal ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Samirəyə (adlar şərti verilib – red.) xəsarət yetirib.

Ulusal.az Teleqraf.com-a istinadən xəbər verir ki, hadisə ötən il fevralın 1-də Sabunçu rayonu Bakıxanov qəsəbəsində “Stimul” Hospitalla üzbəüz parkın yaxınlığında baş verib.

Xəyal həmin ərazidə arvadı Samirə ilə qısqanclıq zəminində mübahisə zamanı xüsusi amansızlıqla, övladının gözü qarşısında, əlində saxladığı içində sulfat turşusu (“kislota”) olan şüşə butulkanın qapağını açaraq qadının başa üstünə və dayandığı istiqamətə səpələyib, ona xəsarətlər yetirib.

Hadisəni törədən Xəyalın barəsində Cinayət Məcəlləsinin 126.2.3 (qəsdən sağlamlığa ağır zərər vurma – xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) və 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma – ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikdə) maddələri ilə ittiham elan edilib.

“Cinsi əlaqədə olduğunu aşkar etdim”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Xəyal elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, Samirə ailə qurduqdan sonra ilk vaxtlar münasibətləri normal olub, aralarında heç bir münaqişə olmayıb:

“2022-ci ilin yay aylarında evdən mənə tanış gəlməyən səs eşitdim. Həmin vaxtlar Samirənin hərəkətləri mənə şübhəli gəldiyindən onun çantasına baxdım. Çantada öz telefonundan əlavə bir telefon tapdım. Tapdığım telefona gəlmiş SMS-lərin məzmunundan Samirənin müxtəlif vaxtlarda, müxtəlif şəxslərlə cinsi əlaqədə olduğunu aşkarladım.

Samirəyə SMS-lərlə bağlı məlumat verəbdə hər şeyi etiraf etdi və onu bağışlamağım üçün yalvardı. Mən də Samirəni bağışladım.

Bir müddət sonra eyni əməllərin təkrarlandığını aşkar etdim. Bağışladıqdan sonra yenə əxlaqsız hərəkətlər etməsinə çox əsəbləşdiyim üçün onun sağlamlığına zərər vurdum”.

“Sifətinə “kislota” tökdüm”

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisəni törətdiyi gün Samirəni aldadaraq onunla və böyük oğlu Əli ilə görüşüb:

“Görüşdükdən sonra avtobusa mindik. Avtobusdan düşəndə Samirədən mobil telefonunu verməsini tələb etdim. O, telefonunu verməkdən imtina etdi, mənim və ailəm haqqında nalayiq ifadələr işlətdi. Mən əsəbləşdim və özümlə daşıdığım, içərisində “kislota” kimi bildiyim kimyəvi maddə olan şüşənin qapağını açaraq onun sifətinə tökdüm”.

“Tanımadığım nömrələr vardı”

Təqsirləndirilən şəxs bildirib ki, yay aylarında tapdığı telefonun mövcudluğundan xəbəri olmayıb:

“Samirəyə telefonda aşkar etdiyim SMS-lər səbəbi ilə zərər vurmuşam. Telefonu tapdığım vaxt Samirə ilə aramızda mübahisə oldu. Onu bağışlayandan sonra telefonunu yenidən evdən götürdüm. Bu hadisədən sonra eyni məsələyə görə mübahisəmiz uşaqların mənə məlumat verməsi nəticəsində yarandı.

İşdə olduğum zaman uşaqlarım zəng edərək hər şeyi danışmaq istədiklərini bildirdilər. Onlar mənə evdə olmadığım müddətdə evə yad kişilərin gəldiyini, Samirə ilə spirtli içki qəbul etdiklərini danışdılar. Bu hadisədən sonra məndə şübhə yarandı. Çox keçmədi ki, evdə bir kağız tapdım. Kağızda tanımadığım nömrələr vardı”.

Xəyal deyib ki, hadisə baş verən günü o, “kislotanı” Samirəni qorxudaraq telefonunu tələb etmək məqsədiylə alıb: “Mən “kislota” adıyla tanınan kimyəvi maddəni “8-ci kilometr” bazarından 3 manata aldım.

Avtobusdan düşdükdən sonra Samirədən telefonunu tələb etdim. O da telefonu verməyəcəyini bildirdi. Kimyəvi maddəni əlinə tökmək istəyəndə əlini yuxarı qaldırdığı üçün üzünə töküldü. Həmin vaxt oğlum Əli yanımızda idi”.

“Bir müddət sonra da üstü bağlandı”

İş üzrə zərərçəkmiş Samirənin sözlərinə görə, Xəyal əl çantasında aşkar etdiyi mobil telefon onun anasına məxsusdur: “Anam telefonu mənə uşaqlarımın istifadə etməsi məqsədi ilə verib. Uşaqlarım həmin telefonla bəzən oyun oynayıblar. Bir müddət sonra uşaqlar istifadə etmədikdə telefonu özüm işlətməyə başladım. Telefonda olan nömrə uzun müddət əvvəl alınıb.

Mobil telefon köhnə olduğu və ekranı ilə bağlı problem yarandığı üçün bəzi nömrələri uşaqlarımın dəftərinə köçürmüşəm. Kağızları illərdir istifadə etmədiyim çantama qoymuşam. Xəyal mobil telefonu aşkar etdiyi müddətdə işləməmişəm.

Xəyal telefonu tapanda ondan istifadə etmədiyim məlum oldu. Telefondakı nömrələrin taksi sürücüsü, iş axtardığım vaxt elanda görüb yazdığım nömrələr olması ilə bağlı Xəyala geniş məlumat verdim. Bu hadisə avqust ayında baş vermişdi. Bir müddət sonra da üstü bağlandı”.

“Kimyəvi maddəni üzümə tökdü”

Zərərçəkmiş qeyd edib ki, Xəyal çox adamdan yüksək məbləğdə borc pul alıb, pulları hara xərcləməsi ilə bağlı onun məlumatı olmayıb: “Xəyalın işsizliyi və bir çox adamdan borc alması aramızda mübahisələrə gətirib çıxardı. Bütün bu hərəkətlərindən sonra ona boşanacağımı bildirdim.

Hadisə baş verən gün Xəyal mənə içkili vəziyyətdə zəng edərək harada olduğumu soruşdu. Mən də işdə olduğumu bildirdimr. İşdən çıxanda Xəyal yanıma gəldi. İçkili olduğunu görəndə niyə içdiyini soruşdum, bunun mənə aidiyyətinin olmadığını dedi. Bundan sonra avtobusa mindik. Avtobusdan düşəndə Xəyal telefonumu istədi. Mən isə verməyəcəyimi dedim.

Həmin an əlində saxladığı butulkanın qapağını açdığını gördüm. Özümü müdafiə etmək istədim, amma bacarmadım. Xəyal saçımdan tutdu və butulkadakı kimyəvi maddəni üzümə tökdü. Bu zaman oğlum yanımda idi, hadisədən qorxaraq qışqırdı.

Səs-küyü eşidən insanlar gələrək məni tibbi müəssisəsinə çatdırdılar. Daha sonra gözümə də zərər dəydiyi üçün Zərifə Əliyeva adına Göz Klinikasına apardılar. Xəyalın bu əməli törətməsinin səbəbi mənim boşanmaq istədiyimi deməyim olub”.

“İki aya yaxın müalicə aldım”

Zərərçəkmiş bildirib ki, həmin mobil telefonu anası ona xeyli əvvəl verib və Xəyalın aşkarladığını iddia etdiyi SMS-lər mövcud olmayıb: “O, yalan danışır. Anamın mənə verdiyi telefondan Xəyalın məlumatı olmayıb. Bunu ona deməmişəm. Telefondan uşaqlar oyun oynamaq üçün istifadə ediblər.

Xəyal mənə bildirirdi ki, ondan boşansam, mənə xəsarət yetirəcək. Mənə hədə-qorxu gəlirdi. Hadisə baş verən gün məndən istifadə etdiyim telefonu istədi. Özü də sərxoş vəziyyətdəydi. Əlindəki butulkada kimyəvi maddə olmasını bilməmişəm.

Hadisədən sonra 2 aya yaxın müalicə aldım, gözüm qismən sağaldı. Bir gözüm hələ də ağrıyır və uzağı görməkdə çətinlik çəkirəm”.

“Mobil telefonu mən almışam”

Zərərçəkmiş Samirənin anası Tahirənin sözlərinə görə, Xəyal qızı ilə evli olduğu 13 il müddətində ondan bir neçə dəfə pul alıb və onu müflis vəziyyətə salıb: “Xəyal heç yerdə işləmir, hamıdan borc alırdı. Bu səbəbdən uşaqların böyüməsinə mən kömək etmişəm. Mobil telefonu nəvələrimə özüm vermişəm. Bütün mübahisə və bu hadisələr qızımın boşanmaq istəməsi ilə bağlı olub.

Hadisə günü qızım səhər məktəbə getdi. Mən isə balaca nəvəmi bağçaya apardım. Səhər Xəyal oyananda ona borc aldığı adamların pullarını geri tələb etdiklərini, məni və qızımı narahat elədiklərini bildirdim. Ona borclarını qaytarmalı olduğunu dedim.

Xəyal saat 4-də hər şeyi həll edəcəyini söylədi. Amma əslində o, bu əməli törətmək və qızıma xəsarət yetirməyi planlaşdırıb. Bir müddət sonra telefonuma zəng gəldi. Nəvəm mənə avtobus dayanacağında Xəyalın Samirəyə zərər vurduğunu dedi”.

“Həm bizi, həm də anamızı döyürdü”

Məhkəmədə təqsirləndirilən və zərərçəkmiş şəxslərin azyaşlı övladları da ifadə veriblər. Onlar ifadələrində atalarını ittiham ediblər. Deyiblər ki, o, hər gün spirtli içki içib evə gəlir, həm qardaşı ilə onu, həm də anasını döyürmüş.

İş üzrə daha iki nəfər ifadə verib. Onlardan biri taksi sürücüsü, digəri isə MMC-də təsisçi olub. Onların istintaqa dəvət olunmalarına səbəb Xəyalın evdən tapdığı kağız parçasındakı nömrələrilə bağlı olub. Taksi sürücüsü deyib ki, ola bilsin, onları harasa aparıb, buna görə nöməsi onlarda olub.

MMC təsisçisi bildirib ki, Samirə adlı qadını və Xəyalı heç vaxt tanımayıb, belə bir şəxslərlə münasibəti olmayıb. O, özünə məxsus mobil nömrənin həmin qadının mobil telefonunda və dərs kitabında hansı səbəbə yazıldığını bilmir.

Evdən tapılan kağızda daha iki kişinin nömrəsi aşkar edilib və istintaq zamanı dindiriliblər. Onlar da nömrələrinin kağıza yazılmasının səbəbini bilmədiklərini deyiblər.

Həmin kişilərdən biri ifadəsində göstərib ki, istifadə etdiyi nömrə əvvəllər sosial şəbəkədə olub: “Tez-tez mənə zəng edərək maddi köməklik istəyirdilər. Buna görə də nömrəmi sosial şəbəkədən silməli oldum Ehtimal edirəm ki, həmin qadın mənim nömrəmi sosial şəbəkədən götürüb”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Xəyal 7 il azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. O, barəsində olan ittihamın Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilməsini istəyib. O, əməlindən səmimi peşmançılıq çəkdiyinin, himayəsində azyaşlı uşaqlarının olmasını, ilk dəfə cinayət törətdiyini, zərər çəkmiş şəxslə barışmasını, ona qarşı şikayət və tələbin olmamasını nəzərə alaraq barəsində daha az və yüngül cəza təyin edilməsini xahiş edib.

Onun şikayəti araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. Apellyasiya şikayətinin dəlillərini araşdıran hakimlər heyəti sonda qərar elan ediblər. Məhkəmə təqsirləndirilən şəxsin apellyasiya şikayətini təmin etməyib.

Amma təqsirləndirilən şəxsə təyin olunmuş cəzaya münasibətdə hökm dəyişdirilib. Onun cəzası 6 ilə endirilib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90