image-rt-reklam
image-1backend

Ərəblərdən sonra iranlılar – “Şəhid məzarları ilə bağlı xüsusi qanuna ehtiyac var”

image-728x90

“Amma xüsusi həssaslığı şərtlərindən abidələr var ki, həmin abidələr mütləq şəkildə oradakı davranışlarla bağlı qanunvericiliyə əlavələr olunmalıdır yaxud xüsusi qanun qəbul olunmalıdır. Bu xüsusi qanunda həmin abidələrin sayı dəqiqliklə göstərilməlidir”.

Bu barədə “Yeni Sabah”a açıqlamasında hüquqşünas Ramil Süleymanov deyib. O bildirib ki, birinci növbədə qanunda əməllər dəqiqliklə göstərilməlidir ki, hansı hərəkətlər təhqir elementi hesab olunur:

“Birinci növbədə qanunda əməllər dəqiqliklə göstərilməlidir ki, hansı hərəkətlər təhqir elementi hesab olunur. Məsələn, Cinayət Məcəlləsinin 245-ci maddəsinə görə, qəbirüstü abidələrin, qəbirlərin təhqir olunması məsuliyyətə səbəb olur. Bu təkcə şəhid məzarlarına və abidələrinə deyil, ümumi əhalinin yaxınlarının qəbirlərinə qarşı törədildikdə də tətbiq olunmalı olan maddədir. Amma xüsusi həssaslığı şərtlərindən abidələr var ki, həmin abidələr mütləq şəkildə oradakı davranışlarla bağlı qanunvericiliyə əlavələr olunmalıdır yaxud xüsusi qanun qəbul olunmalıdır. Bu xüsusi qanunda həmin abidələrin sayı dəqiqliklə göstərilməlidir. Sözügedən abidələrə qarşı hansı hərəkətlərin İnzibati Xətalar və Cinayət Məcəlləsi ilə təsbit olunduğu müəyyən edilməlidir. İndiki halda, bu məsələ ilə bağlı qanun dəqiqliklə yazılmalıdır. Təkcə xarici turistlər deyil, eyni zamanda ölkə vətəndaşları da bu qanunları bilmək məcburiyyətindədir. Çünki qanunu bilməmək heç kimi məsuliyyətdən azad etmir”.

Hüquqşünas qeyd edib ki, tur şirkətlərinin də bu məsələdə mütləq şəkildə maarifləndirmə aparmasına ehtiyac var:

“Burada digər incə nüans ondan ibarətdir ki, tur şirkətlərinin də bu məsələdə mütləq şəkildə maarifləndirmə aparmasına ehtiyac var. Nə qədər ki, turizm fəaliyyəti lisenziyalaşdırılmış fəaliyyət olmayıb, belə problemlər baş verəcək. Adamları haradan necə gəldi götürüb, hara necə gəldi aparıb onların davranışlarına da çox biganə şəkildə qalmaq həmin tur şirkətləri tərəfindən yenə də ediləcək. Hesab edirəm ki, bu məsələ ilə bağlı qanunvericiliyə mütləq dəyişiklik olunmalıdır. Bu barədə xüsusi qanun qəbul olunmalıdır. İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsinə bu barədə əlavələr edilməlidir. Tur şirkətlərinin bu sahədə fəaliyyəti mütləq şəkildə maarifləndirilməli və diqqətdə saxlanmalıdır”.

Qeyd edək ki, Azərbaycanda daha bir xarici turist şəhidlərin ruhuna hörmətsizlik edib. Belə ki, tanınmış iranlı bloger Milad Hadinejad Bakıda Şəhidlər xiyabanında qeyri-etik videolar çəkərək paylaşmaqla yanaşı, Əbədi Məşəl abidəsi barədə yanlış məlumat yayıb. Bundan əvvəl də xarici turistlər tərəfindən şəhidlərimizə hörmətsizlik edilib. Belə ki, avqustun 17-də üç Səudiyyə Ərəbistanı vətəndaşı Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşıblar.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90