image-rt-reklam
image-1backend

Ərəblər şəhidlərimizi təhqir etdi – Agentlikdən açıqlama

image-728x90

Ərəb turistlərin Şəhidlər xiyabanında qeyri-etik hərəkətlər edib videoya çəkməsi ilə bağlı hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Ulusal.az xəbər verir ki, bu barədə Teleqraf-a Dövlət Turizm Agentliyindən bildirilib.

Vurğulanıb ki, Dövlət Turizm Agentliyi mütəmadi olaraq maarifləndirici təlim və görüşlər təşkil edir:

“Agentlik turizm şirkətləri və turizm bələdçilərinə ölkəyə gələn xarici vətəndaşlara turistik məlumatlarla yanaşı, ölkə haqqında vacib məqamlar, o cümlədən milli-mənəvi dəyərlər, yerli qanunvericilik və ictimai davranış qaydalarına hörmətlə yanaşılmalı məqamlar haqqında da ətraflı informasiya verməyi tövsiyə edir”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90