image-2000x150
image-1backend

Ərəb turistlər çoxalacaq – “Yol xəritəsi”ndə nələr olacaq…

image-728x90

Azərbaycanla 3 ölkə arasında turizm əlaqələrinin inkişafına dair planlar hazırlanır. Azərbaycan və Səudiyyə Ərəbistanı arasında qarşılıqlı turist səfərlərinin sayının artırılması, turizm əlaqələrinin genişləndirilməsi və əməkdaşlıq perspektivləri yanvarın 15-də Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteyli arasında keçirilən görüşdə müzakirə olunub.

F.Nağıyev 2024-cü il ərzində Səudiyyə Ərəbistanında bir sıra marketinq tədbirlərinin təşkil ediləcəyini qeyd edib.

Fuad Nağıyev həmçinin İordaniya Haşimilər Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ömər Bərəkət əl-Naharı ilə də ölkələr arasında qarşılıqlı təbliğat tədbirlərinin həyata keçirilməsi və birbaşa aviareyslərin açılması məsələlərini müzakirə edib. Agentlik sədri Tacikistan Respublikasının fövqəladə və səlahiyyətli səfiri İlxom Abduraxmonla görüşündə iki ölkə arasında mövcud aviareyslərin artırılması istiqamətində işlərin aparılması və turizm sahəsində qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi məsələləri haqqında fikir mübadiləsi aparılıb.

Görüşlərdə turizm əlaqələrinin gücləndirilməsi məqsədilə “Yol xəritəsi” üzərində işlənilməsi təklif olunub.

Azərbaycanın hədəflərindən biri turizm ölkəsinə çevrilməkdir. Ancaq bu fakt da var ki, ərəb turistləri nəinki Azərbaycanda, əksər ölkələrdə cəmiyyətlər sevmirlər. Sosial şəbəkələrdə onların qeyri-əxlaqi davranışları mütəmadi olaraq müzakirə edilir, narazılıqlar ifadə olunur.

Nəzərə alsaq ki, qarşıda ərəb turistlər çoxalacaq, o zaman turizm şirkətlərinin üzərinə həm də turistlərə yerli qaydaları mənimsətmək, ona uyğun davranmaq öhdəlikləri də düşür. Əksər ölkələrdə turizm şirkətləri bunu həyata keçirir. “Yol xəritəsi”ndə bunlar da nəzərə alınacaqmı?

Mirsəməd Cəfərli — Vikipediya

 Mirsəməd Cəfərli

Tanınmış aparıcı, “Azərbaycan Turizm Blogerləri Assosiasiyası” (ATBA) İctimai Birliyinin İdarə Heyətinin üzvü Mirsəməd Cəfərli ərəb turistlər haqqında birmənalı neqativ fikrin formalaşmasını düzgün hesab etmir. Onun fikrincə, formalaşmış yanlış təsəvvürü bütün ərəblərə şamil etmək olmaz: “Təəssüf ki, ərəb turistlərin mərkəzi küçələrdə xoşagəlməz davranışları olub. Lakin düşünürəm ki, bunu bütün ərəblərə şamil etmək olmaz. Onların arasında da mədəni, savadlı, dünyagörüşü olan,  bir çox ölkələrin mədəniyyətləri ilə maraqlananlar çoxdur. Əksər ərəblər Azərbaycanı İslam dünyasının ayrılmaz hissəsi kimi qəbul edirlər. Təbii ki, dünya təcrübəsinə əsasən də turizm şirkətləri tərəfindən turistlərə müəyyən tövsiyələr verilir. Ya şifahi formada məlumat verilir, ya da qanunvericiliklə tanış olmağı, bir sözlə, yazılmış və yazılmamış qanunlara bələd olmağı məsləhət görürlər. Bu, əksər ölkələrə aiddir. Məsələn, hər kəs bilir ki, Səudiyyə Ərəbistanında xanımların başıaçıq gəzməsi qəbuledilməzdir. Tailandda uşaqların başına toxunmaq, sığallamaq qadağandır. Yerli inanca görə, insanın bütün qüvvəsi onun başındadır. Buna görə də uşağın başına əl vurmağa pis baxılır. Yaxud elə ölkələr var ki, alkoqollu içkilər birmənalı şəkildə qadağandır. Küveytdə, Omanda, İranda və bir çox ölkələrdə spirtli içkilərin nəinki istehlakı, hətta ölkəyə gətirilməsi belə cinayət məsuliyyəti yaradır. Hər bir turist getdiyi ölkənin qanunlarına hörmət etməlidir. Nəzərə almaq lazımdır ki, ərəb turistlər təkcə turizm şirkətləri vasitəsilə deyil, həm də özləri tur təşkil edib gəlirlər. Düşünürəm ki, ərəb dünyasına aid olmayan ölkələrdən də turistlərin cəlb edilməsi üçün tədbirlər görülməlidir. Mən çox istərdim ki, avropalı turistlərin sayı artsın, çünki onlar mədəniyyətlə, tarixlə çox maraqlanırlar”.

150 min turist Azərbaycandan narazı qayıdıb - ilginc

Ceyhun Aşurov 

“Skal Baku” Azərbaycan turizm peşəkarları təşkilatının sədri, turizm eksperti Ceyhun Aşurov isə düşünür ki, Səudiyyə Ərəbistanı, İordaniya Krallığı və Tacikistanın Azərbaycanı turizm destinasiyası kimi görməsi müsbət haldır: “Turizmdə əsas məsələlərdən biri ölkənin rahat gedilə biləcək ölkə olmasıdır. İstər viza prosedurlarının sadələşdirilməsi, istər yeni aviareyslərin açılması və s. Azərbaycanın gələcək hədəflərinə uyğundur. Ölkəmizdə turizm prioritet sahələrdən biridir. Müxtəlif ölkələrdən turistlərin cəlb olunması ilə bağlı işlər görülür. Cəmiyyətdə bəzi ərəb turistlərin etik davranışları ilə bağlı problemlər yaşanması heç kəsə sirr deyil. Bu, dünyada turizmin inkişafının gətirdiyi mənfi təsirlərindən biridir. Turizmin neqativ təsirlərini mümkün olan qədər nəzarətdə saxlaya bilən ölkələr uğurlu turizm siyasəti həyata keçirə bilərlər. Turistlərin yerli qayda-qanunlara, adət-ənənələrə hörmət etməsi bilavasitə özümüzdən də asılıdır. Ola bilər ki, bəzi turistlər Azərbaycanda bir cür, Avropada isə başqa cür davranırlar. Turistlər təhlükəsiz ölkələrə səyahət etməyə üstünlük verirlər, amma xoşagəlməz halların qarşısını almaq üçün cəmiyyətin də diqqət etməli olduğu məqamlar var. Xüsusilə ölkənin doğru təbliği önəmlidir. Sözügedən neqativ hallar turizm sənayeçilərinin üzərinə də məsuliyyət qoyur. Qəbul etdiyimiz turist qruplarını doğru istiqamətdə məlumatlandırmalıyıq. Neqativ halların qarşısını almaq üçün diplomatik şəkildə qeyd etməli, ölkə imicinin qorunmasına çalışmalıyıq. Sərbəst şəkildə gələn turistlərlə bağlı cəmiyyət daha diqqətli olmalıdır”. “Yeni Müsavat”

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90