image-rt-reklam
image-1backend

Ərdoğanla Paşinyan birgə bəyanat verəcək: Bəndlər vaxtından əvvəl açıqlana bilməz

image-728x90

Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyəyə səfər edəcəyini və Rəcəb Tayyib Ərdoğanla görüşəcəyini rəsmən təsdiqləyib.

Ulusal.az xəbər verir ki, Paşinyan bu barədə brifinq zamanı deyib.

“Səfərin gündəliyi ilə bağlı ictimaiyyət üçün birgə bəyanatın verilməsi planlaşdırılır. Razılaşmalara əsasən, bəyanatın bəndləri vaxtından əvvəl açıqlana bilməz”, – Paşinyan deyib.

İyunun 17-də Ermənistan parlamentinin sədri Alen Simonyan iyunun 20-də hökumət başçısı Nikol Paşinyanın Türkiyəyə gedəcəyi və orada ölkə rəhbərliyi ilə danışıqlar aparacağı barədə məlumat vermişdi. Ehtimallara görə, Ermənistan və Türkiyə liderləri Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə münasibətlərini müzakirə edəcəklər.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90