image-2000x150
image-media-cavansir-ajwuz0ly6b9fqhoe3svi-620x460backend

“Ərdoğanın yenidən prezident seçilməsi bu proseslərin sürətləndirilməsinə xidmət edəcək”

image-728x90
Səsvermənin nəticələri bütün Türk dövlətlərində əks-səda doğurdu. Çünki R.T.Ərdoğanın Türkiyənin prezidenti seçilməsi Türkiyənin beynəlxalq siyasət meydanında güclənməsi deməkdir.

Bunu news365.az-a millət vəkili Cavanşir Feyziyev bildirib.

“Türkiyədə seçkilərin bu şəkildə başa çatması bütün Türk dövlətlərinə, ilk növbədə Azərbaycana öz təsirini göstərməkdədir. Son iki on illik ərzində Azərbaycan və Türkiyə beynəlxalq siyasətdə öz siyasi baxışlarını və siyasətlərini uyğunlaşdıraraq hərəkət ediblər. Torpaqlarımızın işğaldan azad olunması məhz bu müttəfiqliyin nəticəsi idi. Bu münaqişədə hazırda monitorinq komisiyasında iştirak edən bir tərəf kimi Azərbaycanın bölgədə Ermənistanla münasibətlərinin normallaşdırılmasında aktiv iştirak edən dövlətlərdən biridir. Ərdoğanın yenidən Türkiyənin prezidenti seçilməsi bu proseslərin sürətləndirilməsinə xidmət edəcək”

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90