image-2000x150
image-media-64ca30593e87b-9zxe7fq6yhg3us5a41bi-620x460backend

“Ərdoğanın təklifi regiona sabitlik gətirəcək”- Arzuman Muradlı

image-728x90

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə birgə keçirdiyi mətbuat konfransında ölkəsinin yenidən Rusiya ilə Ukrayna arasında vasitəçi ola biləcəyini təkrarladı.Bu o deməkdir ki, regionda sülhü yalnız Türkiyə bərqərar edə bilər.” -bu fikirləri Ulusal.az-a açıqlamasında politoloq Arzuman Muradlı bildirib.

image-1677060887_arzuman-teze-1-2

Politoloq hesab edir ki, həm Rusiya, həm də Ukrayna liderləri Türkiyə prezidentinin bu təklifini geri çevirməyəcəklər.

“Ərdoğan  Putinə görüç ərəfisində də bu təklifi edib.  Ərdoğan “pis sülh müharibədən yaxşıdır” cümləsini söyləməkdən yorulmur. Ərdoğanın mətbuat konfransındakı açıqlaması Putindən çox Rusiya cəmiyyətinə ünvanlanıb, Türkiyə Cumhurbaşqanın Soçidə medianın qarşısında söylədiyi mesajı təxminən belə oxudum: “Baxın iqrtisadi və sosial vəziyyətiniz ağırdır, övladlarınız mənasız müharibə ölürlər, mən isə sizin liderə müharibədən çıxış formulu təklif edirəm”. Rusiya cəmiyyəti bir gün müharibənin mənasız olduğunu və dayandırılması vacibliyini anladıqda Ərdoğanın davamlı açıqlamalarını xatırlayacaq.”- deyə Arzuman Muradlı bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90