image-rt-reklam
image-1backend

Ərdoğanın səfəri yunan mətbuatını silkələdi – Tarixidir

image-728x90

Prezident Rəcəb Tayyib Ərdoğanın Afinaya səfəri Yunanıstan mətbuatında geniş əks-səda doğurub. Yunan mətbuatı səfərin müsbət ab-havada keçdiyini və ikitərəfli münasibətlər üçün yeni başlanğıc kimi qiymətləndirilə biləcəyini yazıb. Ərdoğanın Afinaya səfəri “tarixi” kimi qiymətləndirilib və bunun hər iki ölkə üçün müsbət nəticələrinin ola biləcəyi qeyd edilib.

Ulusal.az xəbər verir ki, “Kathimeri”ni qəzetinin internet saytında yer alan “Ərdoğanın səfərinin müsbət ab-havası 12 klikdə” başlıqlı xəbərdə səfərin müsbət atmosferinə fotoşəkillərlı diqqət ayrılıb. Qəzet bu müsbət atmosferi əks etdirən 12 xüsusi fotoşəkil paylaşıb.

Ölkənin ən çox oxunan xəbər portallarından olan “in.gr” səfərlə bağlı xüsusi xəbərində “Mitsotakis və Ərdoğandan birlik mesajları” başlığından istifadə edib. Xəbərdə prezident Ərdoğanın Afinaya səfərinin dostluq şəraitində keçdiyi vurğulanıb.

“CNN Greece” xəbər portalı “Ərdoğanın Afinada 7 saatı: Razılaşmalar və vədlər” başlıqlı xəbərində Türkiyə prezidentinin Afinaya səfərini “tarixi” adlandırıb və bunun hər iki ölkə üçün müsbət qiymətləndirilə biləcəyini qeyd edib.

“Ethnos” qəzeti Türkiyə və Yunanıstanın illərlə davam edən gərginlikdən sonra yeni səhifə açdığına diqqət çəkib.

Prezident Ərdoğanın Afinaya səfəri beynəlxalq mətbuatda da mühüm yer tutub. Yunanıstan Dövlət Televiziyası ERT, Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının (HLCC) iclasları çərçivəsində əldə olunan razılaşmalarla bağlı təfərrüatları paylaşaraq, Yunanıstanın baş naziri Kiriakos Mitsotakisin yazda Ankaraya səfər etməyi planlaşdırdığını vurğulayıb.publika.az

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90