image-rt-reklam
image-media-1677060887_arzuman-teze-1-2-z4v90wibp7m5ftq2luoabackend

“Ərdoğanın Qarabağ açıqlaması Moskvaya ünvanlanmış mesajdır”- Arzuman Muradlı

image-728x90

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünən NATO liderlərinin sammitindən sonra keçirilən mətbuat  konfransında bildirib ki, Rusiya sülhməramlıları 2025-ci ildə Qarabağı tərk edəcək.

“Bu olduqca mühüm açıqlamadır. Bu o deməkdir Rusiya sülhməramlıları 2025-ci ildən sonra Qarabağda olmayacaq.” -bu fikirləri Ulusal.az-a açıqlamasında politoloq Arzuman Muradlı bildirib.

Politoloq bildirib ki, Ərdoğanın Rusiya sülhməramlılarının 2025-ci ildə Qarabağı tərk edəcəyinə dair açıqlamasında iki önəmli məqam diqqət çəkir.

” 10 noyabr razılaşmasında sülhməramlıların missiyasının bitmə vaxtı 2025-ci il göstərilsə də, bundan nadir hallarda bəhs olunurdu: Türkiyə prezidenti ilk dəfə bu qədər açıq və konkret şəkildə bildirdi;
– bunu NATO sammitində – Ukraynada müharibənin başlanmasından sonra Qərb cəbhəsinin Rusiyaya qarşı yekdil mövqeyinin sərgiləndiyi Vilnüsdə elan etməsi təsadüfi deyil və istisna deyil ki, məkan və verilən sual da xüsusi olaraq seçilib;

Ərdoğanın açıqlaması suala cavabdan daha çox, Moskvaya ünvanlanmış mesaj olaraq qəbul edilə bilər: Türkiyə zamanı çatanda sülhməramlıların bölgədən çıxmasını istəyir və Rusiyanın razılaşmaya əməl edəcəyinə inanır”- deyə Arzuman Muradlı bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90