Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Monteneqro prezidenti Yakov Milatoviçlə birgə mətbuat konfransı keçirib.
Ulusal.az-ın məlumatına görə, Suriya ətrafındakı vəziyyətə də toxunan Ərdoğan, son günlər yenidən yüksələn gərginliyi yaxından izlədiklərini vurğulayıb.
Ərdoğan çıxışında Qəzzada atəşkəsin zəruriliyinə də toxunaraq, “Türkiyə regional sülh və sabitlik üçün səylərini davam etdirəcək”, – deyə vurğulayıb.