image-rt-reklam
image-1backend

Ərdoğana məlumat verin – Putindən şok açıqlama: Hücum olub

image-728x90

Rusiya prezidenti Vladimir Putin Türkiyəyə qaz ötürən qaz emalı stansiyasına hücum cəhdi barədə məlumat verib.

Ulusal.az xəbər verir ki, stansiyaya hücum edən iki pilotsuz təyyarə vurulub.

Çərşənbə günü SPİEF çərçivəsində Putin əsas beynəlxalq xəbər agentliklərinin rəhbərləri, o cümlədən Rusiyaya dost olmayan ölkələrin nümayəndələri ilə söhbət edərkən bu barədə danışıb.

“7-10 gün əvvəl Ukraynanın pilotsuz təyyarələri Qara dəniz sahilində yerləşən və Türkiyəyə qaz nəql olunan qaz nasos stansiyasına hücum etməyə cəhd göstərib… Bu, zarafat deyil, şişirtmə də deyil”, – Putin dünyanın aparıcı informasiya agentliklərinin rəhbərləri ilə görüşdə deyib

Prezident qeyd edib ki, iki pilotsuz təyyarə Rusiya ordusunun elektron döyüş sistemləri tərəfindən sıxışdırılıb və Qara dəniz sahilində qaz nasos stansiyasının yaxınlığında yerə düşüb.

İyunun 5-dən 8-dək Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPIEF) keçirilir.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90