image-2000x150
image-erdogan-kilicbackend

Ərdoğan, yoxsa Kılıçdaroğlu? – Seçkidən öncə son nəticə və inanılmaz detallar

image-728x90

Türkiyədə bu həftənin bazar günü keçiriləcək seçkilərdə kim qalib gələcək?

Ulusal.az xəbər verir ki, bu sualın cavabı təkcə qardaş ölkədə yox, Azərbaycanda, bütün türk dünyasında və İslam coğrafiyasında da maraqla gözlənilir. Çünki seçkilər təkcə Türkiyənin yox, bütün bu coğrafiyanın gələcəyinə də təsir edəcək.

“Hüriyyət” qəzeti seçkilərin mümkün nəticələrinə dair araşdırma aparıb. Qəzet yazır ki, seçki qadağalarına görə nəticələr yayımlanmasa da, sorğuların keçirilməsi davam edir. Sorğulara istinadən ilkin nəticələr birdən çox başlıq altında təqdim olunub:

– Seçkiyə rekord səviyyədə seçici qatılacaq;
– Seçkinin qalibi ilk turda bilinəcək;
– Ərdoğan ilk turda seçkini qazanacaq;
– Kılıçdaroğlunun səs faizləri azalır;

CHP-nin sorğu şirkətlərinə nə oldu?

CHP üçün sorğu keçirən bəzi şirkətlər Kılıçaroğlunun 60 faizlə qazanacağını deyirdilər. Bu nəticəyə Kılıçdaroğlunun özü belə inanmırdı, amma məqsəd sorğular üzərindən ictimai rəyi yönləndirmək idi. Seçki yaxınlaşdıqca bu şirkətlər 60 faizdən 51 faizə qədər düşdü.

Rekord səviyyədə seçici qatılacaq

Türkiyədə seçkilərdə iştirak 85 faizdən aşağı olmur. Bu seçkidə isə 90 faizdən çox olacağı gözlənilir.

İctimai araşdırmalarda bir neçə faktor önə çıxır:

1. Müxalifətin qazanmaq inamının artması;
2. Ərdoğana dəstək;
3. Sağçı seçicilərdə məğlub olma narahatlığı;

İlk turda həll olunacaq, yoxsa ikinci turda?

Son 15 günə qədər həm iqtidara, həm müxalifətə yaxın soğru şirkətləri seçkinin ikinci tura qalacağını proqnozlaşdırırdı. Lakin iki nüfuzlu şirkətin apardığı sorğunun son nəticələrinə görə, “birinci turda qazanan bilinəcək” deyənlərin sayı 65 faizə qədər artrıb. “İkinci tura qalacaq” deyənlər isə 25 faizdən azdır.

Ərdoğan, yoxsa Kılıçdaroğlu?

Etibarlı sorğu şirkətlərindən əldə edilən məlumatlara görə, ötən həftə Ərdoğan 50 faizdən çox səs alıb, Kılıçdaroğlu isə 45 faizə yaxınlaşıb. Məhərrəm İncə və Sinan Oğanın səsləri tez-tez dəyişir. Ərdoğan və Kılıçdaroğluna dəstək artmaqdadır. Bu nəticələr bu həftə dəyişib. İki əhəmiyyətli sorğunun son nəticəsi belədir: Ərdoğan 52 faizdən çox səs alacaq. İstanbuldakı böyük mitinq və digət mitinqlərdə iştirakçı sayı da bunu təsdiq edir.

Kılıçdaroğluna dəstək verənlərin də sayı artır. Son məlumatlara görə, 48 faizə yaxınlaşmaqdadır. Seçki Ərdoğan, yoxsa Kılıçdaroğlu seçimi arasında baş tutacaq.

AKP, yoxsa CHP

Seçki yaxınlaşdıqca hər iki partiyaya dəstək artır, digər iştirakçı partiyaların səsləri azalır. CHP-nin səsləri 30 faizə yaxınlaşır, AKP-nin səsləri isə son həftədə 42 faizə qədər artıb.

Burada seçkiyə təsir edəcək bir neçə amil də var.

Birincisi, Məhərrəm İncənin səsləri azalır, amma bu səslər CHP-yə getmir. İncə çəkilsə belə, bu, Kılıçdaroğlunun qazanması üçün yetərli olmayacaq. Sinan Oğan tədricən yüksələn xətlə davam edirdi, amma artıq durğunluq müşahidə edilir.

İkincisi, sağçı – mühafizəkar seçici ona qarşı təhqirlərə və təhdidlərə seçki günü böyük dərslə cavab verməyi planlaşdırır: bu da AKP-nin, siyasi həyatının ən çətin seçkilərindən birini yaşasa da, ən parlaq qələbəyə imza atması ilə nəticələnəcək; AKP-nin mitinqləri göstərir ki, tərəddüdlü olan seçicilərin əksəriyyəti belə artıq öz tərəflərini seçib;

14 may tarixi

Bir tərəfdə Ərdoğanın “jurnalların manşetlərindən (Qərb mediasının Ərdoğanı təhdid edən manşetləri-red) millətə barmaq silkələyənlərin təhdidi heç bir nəticə verməyəcək” çıxışı insanlar tərəfindən alqışlanır.

Digər tərəfdə PKK-nın dəstəyi, Qəndildəki terrorçuların Kılıçdaroğlunun lehinə verdikləri bəyanatlar milləti qəzəbləndirir. Ərdoğan “Biz bu CHP-yə, Qəndilə, İP-ə vətənimizi bölməyə imkan vermərik” deyincə, seçkinin havası da dəyişir.

Soğan və kartofun qiyməti, iqtisadi çətinliklər realdır, amma kənardan edilən təhdidlər və parçalanma təhlükəsi seçicilərdə “Vətən” duyğusunun önə çıxmasına zəmin yaradır. 14 mayın tarixi önəmi var. 14 may, 1950-ci il seçkilərinə “Ağ inqilab” deyilirdi. Yenə 14 may seçkisinin “AK inqilab” olacağı görünür.publika

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90