Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (Ak Partiya) rəhbərliyi ilə kürd probleminin həlli üçün yeni strategiya müəyyən etmək niyyətindədir.
Ulusal.az xəbər verir ki, bu barədə “Yeni Şafak” qəzeti yazıb.
Nəşr qeyd edib ki, yaxın günlərdə Türkiyə prezidenti daha əvvəl respublikada fəaliyyəti qadağan edilmiş Kürdüstan Fəhlə Partiyasının (PKK) lideri Abdulla Öcalanla görüşmüş nümayəndə heyətini qəbul edəcək.
“Prezident Ərdoğanın yaxın günlərdə DEM partiyasından nümayəndə heyətini qəbul edəcəyi gözlənilir. Görüşün təfərrüatları və onun mümkün siyasi nəticələri hakim partiya ilə müzakirə olunacaq və yeni strategiya müəyyən ediləcək”, – nəşr yazır.
Xatırladaq ki, fevralın sonunda Türkiyənin DEM partiyasının nümayəndələri Öcalanın PKK-ya tərksilah çağırışı ilə bağlı müraciətini oxumuşdu. Kürd silahlı qruplaşması PYD daha sonra Türkiyədə siyasi fəaliyyətə icazə veriləcəyi təqdirdə silahlarını yerə qoymağa hazır olduqlarını bəyan ediblər. Hökumət PKK-nın buraxılmasının iki-üç ay çəkəcəyini gözləyir. Eyni zamanda, mətbuatda yayılan xəbərlərə görə, Türkiyə rəhbərliyi PKK-nın Öcalanın çağırışına tabe olmayaraq silahı yerə qoymaqdan imtina edəcəyi təqdirdə hərbi əməliyyatlar planı hazırlayır.Publika