Müasir Türkiyə öz regionunda lider dövlətdir və dünyada yüksək nüfuza malikdir.
Ulusal.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 29 oktyabrda qeyd olunan Cümhuriyyət Bayramının 102-ci ildönümü münasibətilə verdiyi açıqlamada bildirilib.
Türkiyə lideri ölkənin 86 milyon vətəndaşının birgə səylərinin Türkiyəni daha güclü və firavan bir dövlətə çevirəcəyinə əminliyini ifadə edib.
Prezident Ərdoğan qeyd edib ki, Türkiyə dövlətinin tarixi nailiyyətlər və qələbələrlə doludur. “Ölkəmiz üçün belə bir əlamətdar tarixdə bütün beynəlxalq ictimaiyyəti bir daha əmin etmək istəyirəm ki, türk xalqı güclüdür və Türkiyə minillik dövlətçilik ənənəsinin daşıyıcısıdır”, – deyə Prezident Ərdoğan vurğulayıb. O, Türkiyə Respublikasını “əsrlər boyu türklərin yaratdığı bir sıra dövlətlərin son bəndi” adlandırıb.
Siyasətçi Türkiyənin beynəlxalq arenada mövqeyini gücləndirmək və Ankaranın düşmənlərinin hiylələrini puça çıxarmaq üçün daha təsirli addımlar atmaq əzmində olduğunu bildirib.






















