BMT-nin 80-ci Baş Assambleyasına iştirak etmək və bir sıra görüşlər keçirmək üçün ABŞ-yə səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə axşamı ABŞ prezidenti Donald Trampla görüşəcək.
Ulusal.az Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, Ərdoğan-Tramp sammitində Türkiyənin “F-16” və “F-35” proqramlarına potensial qayıdışı, həmçinin Türk Hava Yollarının “Boeing” sifarişi müzakirə olunacaq.
Bu arada Ərdoğanla Trampın görüşü Yunanıstanda xeyli narahatlığa səbəb olub.
Yunan qəzetləri ABŞ-nin Baş nazir Kiriakos Mitsotakisə bənzər bir dəvət göndərmədiyini qeyd edərək, Afinanın hadisələri narahatlıqla izlədiyini yazıb.
Yunanıstanın “İideseis” qəzeti ABŞ Prezidenti Trampın Ağ Evdə prezident Ərdoğana planlaşdırdığı səfərinin Afinada narahatlıqla qarşılandığını yazıb. Xəbərdə Yunanıstanın baş naziri Kiriakos Mitsotakisin hələ də oxşar dəvət almamasının Vaşinqtonun Türkiyə və Yunanıstana fərqli yanaşmalarını önə çəkdiyi şərh edilib.”AzPolitika.info”