image-2000x150
image-erdogan-eliyev-uzbackend

Ərdoğan qazandı, Əliyev mesaj verdi: Xankəndində hansı addım atılacaq?

image-728x90

Ərdoğan seçildi və bizim üçün “bölgədə və Qarabağda hansı addım atıla bilər” sualı ön plana çıxır, xüsusilə bu gün Əliyevin Qarabağdakı ermənilərə ünvanlandığı çağırışlar fonunda bu gözləntilər artır.

Əliyev ermənilərə açıq şəkildə elan etdi ki:

– “Miatsum” kitabı bağlandı, separatizmin kitabı bağlandı, müstəqillik xülyası statusun dalınca getdi;

– Yeganə yol Azərbaycanın loyal normal vətəndaşı olmaq, öz dıqnaqarası saxta dövlət atributlarını zibil yeşiyinə atmaq və “parlament”i buraxmaqdır;

Onu da qeyd etdi ki, ermənilərin özlərinin başa düşəcəyini, Azərbaycan bayrağı altında yaşamağı qəbul edəcəyini gözlədiyimiz üçün heç bir addım atılmır. Və bununla bağlı addım ata biləcəyimizin də mesajını verir.

Buna paralel olaraq, separatçılara da ünvanlanan mesajlar var: “parlament” buraxılmalı, özünü “prezident” adlandıran ünsür təslim olmalıdır, yalnız o halda hansısa güzəştdən, amnistiyadan danışmaq olar;

Bu mesajlardan iki nəticə çıxır: birincisi, rəsmi Bakı ən yüksək səviyyədə erməni əhalisinə və separatçılara ünvanlandığı seçim imkanını daha da konkretləşdirir, “yol xəritəsi” təqdim edir; ikincisi, tələb və təklifin konkretləşdirilməsi atılacaq addımları da aktuallaşdırır;

Bu çağırışlarda Türkiyədəki seçkilərin nəticəsi nə qədər əhəmiyyətlidir?

Əliyev Xankəndinə ünvanlanan seçim mesajını 18 apreldə elan etmişdi: ya Azərbaycan Bayrağı altında yaşayacaqlar, ya da ki, çıxıb gedəcəklər;

Bu mesajdan 5 gün sonra Laçın postu quruldu və “Xankəndi əməliyyatı” adlandıra biləcəyimiz prosesdə ciddi həmlə edildi. Proseslər Bakının separatçılara qarşı praktiki müstəvidə addım atmağa hazırlaşdığı gözləntisini önə çıxarırdı, postun qurulması ilə də çəmbər daralmışdı, lakin Rusiya faktoruna görə 14 mayda Türkiyədəki seçkilərin nəticələrinin bəlli olması gözlənilirdi. Seçkinin II tura qalması atılacaq addımları da müvəqqəti dayandırdı. Bu kontekstdə Əliyevin II turun keçirildiyi gün Qarabağdakı ermənilərə və separatçılara seçim imkanını daha konkretləşdirilmiş formada yeniləməsi qarşıdakı dövrdə Xankəndi istiqamətində atılacaq addımların da xəbərçisi hesab edilə bilər:

– Bakı elan etdiyi seçim imkanını separatçılar qarşısında praktiki formada sərgiləyə bilər: bu, həm sosial-kommunikasiya rıçaqlarının işə salınması, həm hərbi müstəvidə mümkündür, Əliyevin açıqladığı şərtlərdən biri də “Qarabağda Ermənistan ordusunun nümayəndələrinin çıxarılmasıdır”;
– Türkiyədə seçkini yenidən qazanan Ərdoğan bu prosesdə Rusiyanı neytrallaşdıran amil rolunu üzərinə götürə bilər;

Sülh müqaviləsinin müzakirə edildiyi fonunda rəsmi Bakı üçün daxildəki separatizmin ləğvi taleyüklü məsələdir, əks təqdirdə, Rusiya ilə daha açıq müstəvidə üz-üzə qala bilərik. Türkiyədə Ərdoğanın qazanması məhz bu kontekstdə Azərbaycan üçün əhəmiyyətli idi.

Asif Nərimanlı

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90