image-rt-reklam
image-876450_srcbackend

Ərdoğan: “Qanlı müharibə tezliklə başa çatacaq”

image-728x90

Ulusal.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Rusiya ilə Ukrayna arasında danışıqlar yaxın gələcəkdə yenidən İstanbulda təşkil olunacaq. Prezidentin sözlərinə görə, bu danışıqlar nəticəsində “qanlı müharibə” başa çatacaq.

“Rusiya və Ukrayna arasında danışıqlar yaxın zamanda İstanbulda yenidən keçiriləcək və bu qanlı müharibə sona çatacaq”, – deyə Ərdoğan qeyd edib.

Türkiyə lideri çıxışı zamanı terrorla mübarizə məsələsinə də toxunub. O vurğulayıb ki, ölkənin terror təhlükəsindən təmizlənməsi yalnız Ədalət və İnkişaf Partiyası (AKP) ilə Milliyyətçi Hərəkat Partiyasının (MHP) yaratdığı Xalq İttifaqının təşəbbüsü deyil, həm də bütün dövlətin və türk xalqının ümumi vəzifəsidir.

Qeyd edək ki, bundan əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya və Ukrayna liderləri arasında görüşün təşkili ilə bağlı prinsipial razılığın əldə olunduğunu açıqlamışdı.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90