Ərdoğanın Putinlə görüşdə Ukrayna ilə bağlı vasitəçilik təklif edəcəyi məlum olub.
Ulusal.az “Milliyet” qəzetinə istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 4-də Soçidə rusiyalı həmkarı Vladimir Putinlə danışıqlarda Ankaranın Ukraynadakı münaqişənin həllində vasitəçi olmağa hazır olduğunu bəyan edəcək.
Qəzetdə qeyd olunur ki, Ərdoğan Putinlə görüş zamanı davamlı sülhün bərqərar olmasının vacibliyini vurğulayacaq və dialoqda vasitəçi rolunu öz üzərinə götürməyə hazır olduğunu bildirəcək. Bundan əlavə, Türkiyə lideri münaqişə tərəfləri arasında birbaşa danışıqların təşkilini təklif edəcək. Həmçinin Rusiyanın taxıl müqaviləsinə qayıtmasına da ümid bəslənilir.
“Ərdoğan həm dünya ərzaq təhlükəsizliyi, həm də Qara dənizdə sabitlik və sülh üçün Qara Dəniz Taxıl Təşəbbüsünün aktivləşdirilməsinin vacibliyini vurğulayacaq”, – deyə “Milliyet” yekunlaşdırıb.publika.az