image-rt-reklam
image-1backend

Ərdoğan Putinlə bu türk dövlətində nələri müzakirə edəcək? Detallar açıqlandı

image-728x90

Türkiyə prezidenti Ərdoğan iyulun 3-4-də Astanada Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.

Ulusal.az xəbər verir ki, “Habertürk” telekanalı mənbələrə istinadən məlumat yayıb ki, danışıqların gündəliyinə Ukraynadakı vəziyyət, ikitərəfli məsələlər, xüsusən də Türkiyədə qaz qovşağının tikintisi daxildir.

“Rusiya və Türkiyə liderləri arasında təfərrüatlı ikitərəfli görüşün vaxtı çatıb, həm Moskva, həm də Ankara bunu başa düşür. Ərdoğan ŞƏT-in Astana sammitində iştirak etsə, Kreml belə bir görüşün keçirilməsi imkanını müzakirə edəcək”, – bunu Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.

Bu görüşün gündəliyində Rusiya-Ukrayna müharibəsi, Qara dəniz taxıl təşəbbüsünün funksiyalarının genişləndirilməsi, Akkuyu AES-in, qaz mərkəzinin tikintisində son vəziyyət və Suriyanın şimalında PKK və YPG-nin (Türkiyədə qadağan olunmuş Kürdüstan Fəhlə Partiyası – red.) qondarma seçki keçirmək planının olduğu bildirilir.Publika.az

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90