image-rt-reklam
image-media-64ca30593e87b-9zxe7fq6yhg3us5a41bi-620x460backend

Ərdoğan -Putin görüşü erməniləri niyə qorxuya salıb?

image-728x90

Bu gün Soçidə Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan Soçidə görüşəcək. Bu görüşdə hansı məsələlərin müzakirə olunacağı mətbuata açıqlanıb.

Sözsüz ki, danışıqlar prosesində Qarabağ məsləsi də müzakirə olunacaq. İndidən erməni mediası qorxuya düşüb. Erməni mediası iddia edir ki, bu görüşdə bütövlükdə Qarabağın taleyi həll oluna bilər. Erməni politoloq Tiqran Abramyan hesab edir ki, bu görüşdə ermənilərin Qarabağ arzusu birdəfəlik dəfn ediləcək.

Görünən odur ki, ermənilər bu görüşdən ciddi qorxuya düşmələrinə səbəb var. Belə ki, bir neçə gün öncə qondarma rejimin rəhbəri Araik Aruthunyan istefa verdi. Bundan sonra ermənilər yeni müharibə sevdasına düşdüklərini açıqladılar və Kəlbəcərdə təxribat törətməklə yeni müharibə anonsunu verdilər. Lakin iki gün ərzində ordumuz ermənilərin bir neçə hədəfini məhv etməklə onların arzusunu gözündə qoydu. Bu gecə də təxribat törətmək istəyən ermənilərə necə lazımdır ordumuz cavab verib.

Erməniləri qorxuya salan əsl səbəb nədir? Erməni mediası iddia edir ki, Türkiyə -Rusiya danışıqlarının əsas məqsədi “taxıl müqaviləsi” və Qarabağdır. Əgər yenidən “Taxıl müqaviləsi”nin müddəti uzadılsa, Rusiya faktiki olaraq Qarabağdan imtina edəcək. Bu ermənilərin iddiasıdır.

Lakin görünən odur ki, Rusiya Qarabağda artıq ermənilərin nazı ilə çox oynamır və onların təxribatlarına alət olmaq istəmir.

Soçi görüşündən sonra böyük ehtimalla Rusiya Qarabağdakı qüvvələrinin bir hissəsini də Ukraynaya göndərə bilər. Bir sözlə bugünkü Soçi görüşü bir çox qaranlıq məqamlara aydınlıq gətirə bilər.

Qoşqar Salmanlı

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90