image-2000x150
image-thumbs_b_c_96eefad61cdc75364d651fff2fb4f49abackend

Ərdoğan: Müharibənin tez bitməyəcəyi aydındır

image-728x90

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynadakı müharibənin nə qədər davam edəcəyi və nə vaxt bitəcəyi ilə bağlı bir cədvəldən danışmağın mümkün olmayacağını ifadə edərək, “Müharibənin nə qədər davam edəcəyini ancaq iki lider deyə bilər”, – deyə vurğulayıb.

Türkiyə Prezidenti Nyu Yorkda Amerikanın “PBS” kanalının qonağı olaraq, gündəmlə bağlı sualları cavablandırıb.

Ərdoğan Putinlə Ukrayna müharibəsi ilə bağlı danışıqları haqda sualı belə cavablandırıb:

“Çox açıq olmaq lazımdırsa, bu müharibənin uzun müddət davam edəcəyi və müharibənin tez bitməyəcəyi aydındır. Biz çox ümidli olmaq istəyirik. Cənab Putin əslində bu müharibənin tez bir zamanda bitməsinin tərəfdarıdır. Mən bunu sadəcə onun sözlərinə görə deyirəm, cənab Putin istəyir ki, müharibə mümkün qədər tez bitirilsin. Onun dediyi belədir və mən onun sözlərinə inanıram”.

Digər tərəfdən, Ərdoğan 2014-cü ildə Putinlə Krımla bağlı danışıqlar apardığını qeyd edərək, “Mən bu danışıqlarda uğur qazana bilmədim və Krımdan çəkilmələrini təmin edə bilmədim. Düşünürəm ki, bu, indi də mümkün olmayacaq. Məncə, yalnız zaman göstərəcək” deyib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90