image-2000x150
image-nesib66backend

“Ərdoğan hakimiyyətində Türkiyə geosiyasi gücə, dünya miqyasında söz sahibinə çevrilib”

image-728x90

“Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Türkiyənin İstanbul şəhərində keçirilən “TEKNOFEST-2023” aerokosmik və texnologiya festivalında iştirak etmələri, qardaş ölkənin kütləvi informasiya vasitələrində geniş şəkildə işıqlandırıldı. Qeyd etmək yerinə düşər ki, təkcə bu festivalda yox, istənilən siyasi, iqtisadi, mədəni-kütləvi tədbirlər olsun və yaxud cənab Prezidentin Türkiyəyə səfərlərinə çox böyük diqqət göstərilir. Mətbuat, televiziya kanalları tərəfindən diqqətlə qarşılanır”.

Ulusal.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Nəsib Məhəməliyev səsləndirib. Millət vəkili vurğulayıb ki, bu dəfəki festival isə, Türkiyə tarixində son dərəcə əhəmiyyətli siyasi tədbir, prezident seçkiləri ərəfəsində keçirilir:

“Son iyirmi ildə Türkiyənin siyasi, iqtisadi, hərbi, texnoloji inkişafı, beynəlxalq nüfuzu Prezident Rəcəb Tayyib Ərdoğanın adı ilə bağlıdır. Ərdoğan hakimiyyətində Türkuyə geosiyasi gücə, dünya miqyasında söz sahibinə çevrilmişdir. Türkiyənin apardığı müstəqil xarici siyasət, beynəlxalq münasibətlər və təhlükəsizlik sistemində uzun illər ərzində formalaşmış stereotipləri pozması, bir çox qlobal güclərin narahatlığına səbəb olmuşdur. Böyük dövlətlərin himayə etdikləri daxili və xarici terror dəstələrinə qarşı Türkiyənin apardığı mübarizə çoxlarının yuxusuna haram qatmış, planlarını pozmuşdur. Təsadüfi deyil ki, Türkiyə ictimai-siyasi həyatında bir-birinə zidd siyasi partiyalar və onların liderləri vahid cəbhə halında koordinasiya edilmiş, Ərdoğana qarşı mübarizəyə fokuslandırılmışdır. Məsuliyyətlə deyə bilərəm ki, türk xalqı çətin bir tarixi sınaq dövrünü yaşayır. Tarixi məsuliyyəti dərk etməmək, bəzi cılız liderlərin, xalqın müvəqqəti sosial vəziyyətindən istifadə edərək qarın davası aparması, qlobal siyasi proseslərə “əsnaf” düşüncəsi ilə baxmaları bağışlanmaz səhvdir və faciələrə səbəb ola bilər”.

Deputatın qənaətinə görə, belə bir şəraitdə Prezident İlham Əliyev kimi nüfuzlu Liderin və birinci xanım Mehriban Əliyevanın Azərbaycan xalqının sınanmış, yaxın dostu Rəcəb Tayyib Ərdoğanın yanında olması, dəstəyi olduqca dəyərlidir:

“Türkiyə Prezidenti 44 günlük müharibədə və ondan sonra bütün komandası ilə birlikdə ölkəmizin yanında oldu. Əsl qardaşlıq nümunəsi göstərdi. Bunun müqabilində cənab Prezidentin tapşırığı ilə, zəlzələ nəticəsində tamamilə dağılmış Kahramanmaraş şəhərinin bərpasında böyük layihələr icra edilir. İki qardaş ölkə arasında iqtisadi, siyasi, hərbi, ticari, mədəni əlaqələr ən yüksək səviyyədə inkişaf edir. Müdafiə sənayelərimizin əldə etdiyi uğurlar, ən müasir texnologiyaya əsaslanır və Silahlı Qüvvələrimizin silahlarla, döyüş sursarları ilə təchizatında xarici bazarlardan asılılığını azaldır”.

Nəsib Məhəməliyev deyib ki, 21-ci əsrin reallıqlarının biri də Türk Dünyasının birliyi, Türk Dövlətlərinin bir-birinə inteqrasiyasıdır:

“Qətiyyətlə demək olar ki, Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan bu tarixi missiyanın əsas təkanverici, birləşdirici qüvvələridir. Məhz, iki Liderin apardığı siyasət, digər qardaş ölkələrin rəhbərlərində özünə inam hissinin artmasını şərtləndirmişdir. Cənab Prezidentin festivalda səsləndirdiyi fikirlər iştirakçılar tərəfindən coşqu ilə qarşılandı.
“Bir millət, iki dövlət və bir yumruq”. Hüququn işləmədiyi yerdə, Yumruqsuz keçinməyin mümkünsüzlüyü, aksiomadır. Ölkə Başçımızın “Altay” və “ TOGG” quruda, “Kızılelma” havada, “Anadolu” dənizdə fikri Türkiyə milli müdafiə sənayesinin gücünü göstərir və seçkiöncəsi ən gözəl təbliğatdır”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90