image-2000x150
image-43jpg-1684314476backend

Ərdoğan gənclərə səsləndi: “Heç kimin xəyallarınızla sizin aranıza girməsinə icazə verməyin” – FOTO

image-728x90

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 14-də baş tutan prezident seçkisi və qarşıdan gələn ikinci turla bağlı ölkə gənclərinə səslənib.

Ərdoğan bu barədə öz “Twitter” hesabında paylaşım edib.

“Əziz gənc bacı-qardaşlarım, mayın 14-də öz iradənizin gücü ilə hərəkət etdiyiniz, seçiminizi seçki qutularına sərbəst şəkildə əks etdirdiyiniz və demokratiyamıza dəstək verdiyiniz üçün hər birinizə təşəkkür edirəm. Bütün dünya gənclərinə nümunə olan davranışınızla millətimizin sizə güvənməkdə nə qədər haqlı olduğunu bir daha göstərdiniz. Sizinlə qürur duyuram. Siz bizim ümidimiz, göz bəbəyimiz, işıqlı gələcəyimizin təminatısınız. Tarixi şanlı zəfərlərlə dolu olan bu xalqı çağdaş sivilizasiyalar səviyyəsindən də yüksəklərə siz qaldıracaqsınız. Lütfən, heç kimin xəyallarınızla sizin aranıza girməsinə, sizi qorxutmasına, sizi yolunuzdan döndərməsinə, öz zəhərini sizə də yeritməsinə icazə verməyin. Yüksək eqoya sahib olan, keçmişləri uğursuzluqlar və seçki məğlubiyyətləri ilə dolu olan şəxsiyyətlərin sizi öz ucsuz-bucaqsız qaranlıqlarına sürükləməsinə əsla imkan verməyin. Problemlərimizi birlikdə həll edəcəyik, çətinliklərin öhdəsindən birlikdə gələcəyik. Kədərimizi birlikdə bölüşəcəyimiz kimi, uğurlarımıza da birlikdə sevinəcəyik. İnşallah, daha da gözəl günləri yenidən sizinlə birlikdə görəcəyik. Mayın 28-də siz kiçik bacı-qardaşlarımın güclü dəstəyinə güvənirəm”, – deyə Ərdoğan qeyd edib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90