image-rt-reklam
image-1backend

Ərdoğan ABŞ-a gedir: mühüm sammitdə iştirak edəcək

image-728x90

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammiti üçün ABŞ-a gedir.

Ulusal.az xəbər verir ki, iyulun 9-da sammitin ilk günündə 75 illik yubiley proqramı keçiriləcək. Bu proqramda Ərdoğan da iştirak edəcək.

O, həmçinin 32 üzvlü alyansın dövlət və hökumət başçılarının iyulun 10-da keçiriləcək toplantısına da qatılacaq. Onun həmsöhbətləri ilə İsrail-Qəzza müharibəsinin dayandırılması və daimi sülhün əldə edilməsi üçün nələrin edilməsi lazım olduğuna dair müzakirə aparacağı gözlənilir.

Liderlər iyulun 11-də NATO-Ukrayna Şurasının iclası üçün eyni masa ətrafında toplaşacaqlar.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90