İran Xarici İşlər naziri Abbas Əraqçıya qarşı sui-qəsd cəhdi olub.
Ulusal.az xəbər verir ki, bu barədə onun müşaviri Məhəmmədhüseyn Rənçbəran sosial media hesabında paylaşım edərək məlumat verib.
Paylaşımda qeyd olunub ki, Əraqçıya qarşı planlaşdırılan sui-qəsd cəhdi son anda təhlükəsizlik qüvvələrinin müdaxiləsi ilə uğursuzluğa düçar olub.
Rənçbəran bildirib ki, bir neçə gün əvvəl İsrail tərəfindən Tehranda həyata keçirilməsi planlaşdırılan böyük bir sui-qəsd və təxribatın qarşısı vaxtında görülən tədbirlər sayəsində alınıb.
“Əgər təhlükəsizlik qüvvələrimizin gördüyü tədbirlər olmasaydı, bəlkə də bu böyük plan artıq həyata keçmiş olacaqdı”, – deyə o bildirib.
O, sui-qəsind təfərrüatları ilə bağlı əlavə məlumat verməyib.