image-rt-reklam
image-1backend

Ən bahalı oyunçularından biri “Neftçi”dən gedir? – SON DƏQİQƏ

image-728x90

Millinin hücumçusu Ramil Şeydayev yenidən Azərbaycanı tərk etməyə yaxındır.

Bu barədə saytımıza son dəqiqə məlumatı alıb.

Əldə etdiyimiz informasiyaya görə, 2024-cü ilin yayından «Neftçi»nin formasını geyinən forvarda Cənubi Koreyadan dəvət gəlib.

Onunla Rusiyanın premyerliqa və birinci divizion klublarından da 3-ü yaxından maraqlanır.

“Zeni”in yetirməsinin bakılılarla kontraktı 2027-ci ilin yayında başa çatacaq. O, hazırda “ağ-qaralar“ın ən ödənişli iki yerli futbolçusundan biridir.

Futbolda ilk addımlarını Sankt-Peterburqda atmış ön xətt oyunçusu Emin Mahmudovdan sonra paytaxt klubundan ən çox pul alan azərbaycanlıdır.

Şeydayevint illik qazancı 550 min dollar civarındadır.

Samir Abasov Ramil Şeydayevə

Di gəl, onun etimadı doğrultmadığını söyləməliyik. Roman Qriqorçukun istəyi ilə transfer olunmuş hücumçu Premyer Liqanın cari mövsümündə cəmi 3 qola imza atıb.

Samir Abasovun təyinatından sonra əsas heyətdəki yerini tədricən itirən Ramil axır vaxtlar ümumiyyətlə, meydan üzünə həsrətdir.

Funksional hazırlığı yerində olmayan 29 yaşlı yığma üzvünün özü də hazırkı vəziyyətindən məmnun deyil.

Bir neçə əcnəbi menecerlə daimi təmasda olan forvard bu barədə onlarla danışıb, sərfəli təklif alarsa, “Neftçi“ idə vidalaşa biləcəyini istisna etməyib.

Hazırda həm Cənubi Koreyada, həm də Rusiyada “transfer pənəcərəsi” açıqdır.

“Neftçi”yə Türkiyənin I Liqasından – “Kocaelispor”dan gəlmiş Ramil Şeydayev daha əvvəl də üç dəfə Azərbaycan Premyer Liqasında oynayıb. O, Bu, 2017-18 və 2021-23-cü illərdə “Qarabağ”, 2020-2021-ci ildə isə “Sabah”da çıxış edib.

Şeydayev peşəkar karyerası ərzində “Zenit” (Rusiya), “Trabzonspor” (Türkiyə), “Jilina” (Slovakiya), “Krılya Sovetov” (Rusiya), “Dinamo” (Moskva, Rusiya), “Buriram Yunayted”də (Tayland) də çıxış edib.sportinfo.az

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90