image-rt-reklam
image-1backend

Əməkdar mədəniyyət işçisinin son durumu açıqlandı – Evə buraxılacaq

image-728x90

Hazırda xəstəxanada müalicə olunan Füzuli Dövlət Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyevin səhhətində müsbət irəliləyiş var.

Bu baradə “Yeni Sabah”a onun oğlu Səbuhi Vaqifoğlu məlumat verib.

O bildirib ki, atasının vəziyyəti müsbət istiqamətdə irəliləyir:

“Bədənində olan passivliyi dəyişməyə çalışırlar. Bir aydır ki, yataq rejimindədir. Həkimlər səy göstərirlər. Yataq rejimində olduğu üçün ayağında keyləşmələr yaranıb. Artıq normal qidalanmaya keçib. Yaxın günlərdə evə buraxılacaq”.

Qeyd edək ki, Füzuli Dövlət Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev bir müddət əvvəl səhhətində yaranan problemlərə görə ağır vəziyyətdə “Məlhəm” hospitala yerləşdirilib. O, komaya düşmüşdü.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90