image-rt-reklam
image-1backend

Əməkdar artist bacısı qızı ilə bağlı müraciət yaydı – Biabır etdi  

image-728x90

Əməkdar artist Mehriban Xanlarova bacısı qızı, müğənni Aysel Xanlarova ilə bağlı müraciət yayıb.

O, sosial şəbəkə hesabında yazıb ki, bu addımı atmağının ciddi səbəbləri var.

M.Xanlarova televiziya kanallarına və aparıcılara ünvanladığı müraciətində bildirib:

“2024-cü il dekabrın 6-da milyonların qarşısında, 35 il ərzində həm özünə, həm də altı övladına maddi və mənəvi analıq etdiyim bacım qızından imtina etdiyimi və məsuliyyət daşımadığımı ictimaiyyətə bəyan etmişdim. Həmin vaxt qeyd etmişdim ki, bu addımı atmağımın müxtəlif və ciddi səbəbləri var… Bu səbəblərdən biri də ondan ibarətdir ki, altı övlad anası olan həmin şəxs, səsi və istedadı olmadığı halda, müğənnilik adı altında televiziya kanallarına çıxaraq mənim nüfuzuma xələl gətirmək niyyətində olmasıdır…”

Əməkdar artist söyləyib ki, bacısı qızı Aysel Xanlarovanı müəğnni kimi qəbul etmir:

“Müğənnilik etmək ayıb deyil, ayıb olan odur ki, altı övlad anası evdə uşaqlarını böyüdüb tərbiyə vermək əvəzinə, səsi və istedadı olmamasına baxmayaraq efirləri gəzərək özünü müğənni kimi təqdim etməyə çalışır. Onun müğənnilik fəaliyyəti üçün nə təhsili, nə səsi, nə də istedadı vardır. Əgər bu keyfiyyətlərə malik olsaydı, mən onu sənət yoluna yönəldər və dəstək olardım. Necə ki, illər ərzində bir çox istedadlı gənclərə bu dəstəyi göstərmişəm.

Buradan bütün televiziya kanallarına və aparıcılara müraciət edirəm: Reytinq qazanmaq məqsədilə həmin şəxsi efirə dəvət edib təqdim edərkən, onun olduğu yerdə mənim adımı çəkməyiniz qəti qadağandır! Əks təqdirdə, qanun qarşısında cavab verəcəksiz! Çünki mən həmin şəxsdən imtina etmişəm!

Bu məsələdə mənə dost deyən hər kəsin davranışını da qiymətləndirəcəm! Məni dost adlandıran insanlar, həmin şəxsi proqramlarına dəvət etməsinlər! Çünki mən istədadsız və səsi olmayan, altı övlad anasının müğənnilik fəaliyyətini qəbul etmirəm! Belə bir şəxsi ön plana çıxarmaq və təbliğ etmək, xüsusilə övladlarına qarşı məsuliyyətsiz davranışını nəzərə alaraq, gənclər üçün yanlış nümunə yaratmış olacaqsınız…”

M.Xanlarova vurğulayıb ki, müasir texnologiyaların imkanları ilə qarğa səsini belə, bülbül səsinə çevirmək mümkündür, lakin həqiqi səs və istedad kompüter proqramları ilə deyil, canlı ifa ilə sübut olunur:

“Ona görə də, onun səsinin və istedadının gerçəkliyini öyrənmək istəyirsinizsə, canlı oxutdurun. O zaman hər kəs onun sənət iddiasının hansı səviyyədə olduğunu aydın şəkildə görəcək…”Yenisabah.az

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90