image-rt-reklam
image-1backend

Elvin Cəfərquliyev məşhur klubun hədəfində: Qarabağa mesaj göndərdilər- Bizə lazımdır

image-728x90

“Qarabağ”ın futbolçusu, Azərbaycan millisinin üzvü Elvin Cəfərquliyev karyerasını ölkə xaricində davam etdirə bilər.

Ağdam təmsilçisinin aparıcı oyunçusuna Fransanın “Lill” klubu elçi düşüb.

Liqa 1 təmsilçisi Cəfərquliyevi artıq altı aya yaxındır ki, izləməyə alıb.

Fransa nəhəngi millimizin üzvünü heyətinə qatmaqda israrlıdır. Belə ki, “Lill” mövsümün sonunda, ən yaxşı halda isə qış transfer pəncərəsi zamanı “Qarabağ”a təklif göndərəcək.

Qeyd edək ki, 24 yaşlı futbolçu 2019-cu il iyul ayından “Qarabağ”da çıxış edir. Onun Ağdam klubu ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. (Apasport.az)

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90