image-rt-reklam
image-1backend

Elşad Həsənovun şübhəli “birmənbə metodu”: 19,7 milyonluq üç müqavilənin izi ilə…

image-728x90

Yasamal Rayon İcra Hakimiyyəti cari ildə 3 satınalma müqaviləsi bağlayıb.

Ulusal.az xəbər verir ki, hər üç müqavilə birmənbə metodu üzrə imzalanıb.

Müqavilələrdən biri köçürülmə işləri ilə əlaqədar daşınmaz əmlakların sökülərək ərazinin təmizlənməsi ilə bağlıdır. Bu layihəni həyata keçirən “RAMCO” Qapalı Səhmdar Cəmiyyətinə (QSC) 17 051 000 manat ödəniləcək.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, “RAMCO” QSC 20 dekabr 2010-cu ildə qeydiyyata alınıb. 2019-cu ilədək MMC kimi fəaliyyət göstərib. Həmin şirkətin təşkilati-hüquqi forması dəyişdirilib.

Nizamnamə kapitalı 2000 manat olan “RAMCO” QSC-nin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, Mətbuat prospekti ev 35A, mənzil 40-da yerləşir. Şirkətin qanuni təmsilçisi Abdullayev Rövşən Hüseyn oğludur. Cari ildə şirkətə 40 manat maliyyə sanksiyası tətbiq edilib. QSC vergi hesabatını vaxtında təqdim etmədiyinə görə sanksiya ilə üzləşib.

image-c5766b0ebee82b5f7328c0e8e4984227_1

“RAMCO” QSC-nin veb-səhifəsində yerləşdirilən məlumatlardan aydın olur ki, şirkət əsasən inşaat sketorunda fəaliyyət göstərir. QSC sənaye və mülki obyektlərin, müxtəlif təyinatlı yolların, tunellərin, hidrotexniki və meliorasiya qurğularının tikintisə ilə məşğuldur.

Şirkət bir sıra dövlət layihələrinə də imza atıb. Lakin bütün bunlar “RAMCO” QSC ilə birmənbə metodu üzrə satınalma müqaviləsi bağlanmasına əsas vermir. Çünki eyni işi görə biləcək başqa şirkətlər də var. Yəni, “RAMCO” QSC söküntü işlərində alternativi olmayan şirkət deyil.

Ümumiyyətlə, bu satınalma predmeti üzrə birmənbə metodunun tətbiqi “Dövlət satınalmaları haqqında” Qanunun tələblərinə cavab vermir.  “RAMCO” QSC-nin bu satınalma predmeti üzrə alternativsiz şirkət olmadığını qeyd etdik. Digər tərəfdən, söküntü işlərinin konkret olaraq hansı ərazidə və hansı məqsədlə aparıldığı haqqında məlumat yoxdur. Ona görə də təcili tələbatın yaranıb-yaranmadığı barədə sualın cavabı açıq qalır.

Ölkədə hər hansı fövqəladə hal da baş verməyib. Qanuna əsasən, birmənbə metodu həm də hər hansı fövqəladə hal baş verdikdə tətbiq edilə bilər.

Beləliklə, Yasamal Rayon İcra Hakimiyyətinin 17 milyonluq sifarişi hansı səbəbdəb birmənbə metodu ilə “RAMCO” QSC-yə aydın deyil. Bu qeyri-müəyyənlik isə satınalma prosedurunun şəffaflığına şübhələri artırır.

Bəlkə İcra Hakimiyyəti ilə QSC-nin rəhbəri Rövşən Abdullayev arasında hansısa bağlılıq var? Bu suala cabab tapmaq mümkün olmayıb.

Yeri gəlmişkən, Rövşən Abdullayev bir neçə il əvvəl türkiyəli iş adamı Necdan Uzun Mustafanın ittihamlarına məruz qalmışdı. Türkiyəli iş adamı iddia edirdi ki, Rövşən Abdullayev onu aldadaraq əmlakını ələ keçirib. Lakin QSC rəhbərinin vəkili Sənan Süleymanlı bu ittihamların əsassız olduğunu bildirmişdi.

Rövşən Abdullayev haqqında açıq mənbələrdə başqa heç bir məlumata rast gəlinmir. Maraqlıdır ki, hətta “RAMCO” QSC-nin rəsmi internet səhifəsində belə, Rövşən Abdullayev barəsində heç bir qeyd yoxdur.

image-c5766b0ebee82b5f7328c0e8e4984227_2

Yasamal Rayon İcra Hakimiyyətinin birmənbə metodu üzə imzaladığı digər iki müqavilədə isə yaşayış və qeyri-yaşayış obyektlərinin köçürülməsi üçün daşınmaz əmlakların ekspertizası və kütləvi qiymətləndirilməsi nəzərdə tutulur. Müqavilələrin ümumi maliyyə dəyəri 2 734 791,6 manatdır. Hər iki müqavilə “Ekspert Audit” MMC ilə imzalanıb.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reystr məlumatlarından görünür ki, 21 dekabr 2006-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 200 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Səbail rayonu, Niyazi küçəsi ev 42/76, mənzil 6A-da yerləşən şirkətin qanuni təmsilçisi Bağırov İlham Qismət oğludur.

“Ekspert Audit” MMC haqqında açıq mənbələrdə hər hansı məlumata rast gəlinmir. Lakin şirkətin qanuni təmsilçisi İlham Bağırovu ictimaiyyət “Sovetski”dəki söküntüdən tanıyır. Həmin vaxt mediada gedən məlumatlarda bildirilirdi ki, İlham Bağırovun rəhbəri olduğu “Azər Expert” MMC “Sovetski”dəki evləri dəyərindən çox ucuz qiymətləndirib. İlham Bağırovun sakinlərin bu iddialarını əsassız saysa da, onlar yenidən israrla evlərin ucuz qiymətləndirildiyini bildiriblər.

image-dc7f2f29a02f124f1b3d2eac662867d7_3

Bu arada qeyd edək ki, İlham Bağırov hələ də “Azər Expert” MMC-nin rəhbəridir.

Ölkədə çox sayda qiymətləndirmə şirkətləri var. Ona görə də Yasamal Rayon İcra Hakimiyyətinin müsabiqə keçirmədən “Ekspert Audit” MMC ilə satınalma müqaviləsi imzalaması başa düşülmür. “RAMCO” QSC ilə bağlanan müqavilə haqqında yazdıqlarımız “Ekspert Audit” MMC üçün keçərli olduğuna görə, füzulluq etməyə lüzum görmürük.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovdur. O, 2019-cu ildə icra başçısı vəzifəsinə təyinat alıb.Qaynarinfo.az

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90