image-2000x150
image-irevan-ilham-uzbackend

Əliyevin Qərbi Azərbaycan gedişi İrəvanı şoka saldı – Nikol hücuma keçir

image-728x90

Ermənistan hakimiyyəti vaxtilə Bakıda, Sumqayıdda, Gəncədə, Naxçıvanda və Azərbaycanın digər rayonlarında yaşamış ermənilərin geri qayıtması məsələsini gündəmə gətirir.

Publika.az xəbər verir ki, Ermənstanın baş naziri Nikol Paşinyan Azərbaycanda yaşamış ermənilərin geri qayıtması üçün hökumətə müraciət etdiyini bildirib.

“Onlar şikayət edir ki, hökumət onların qayıtması məsələsini qaldırmır”, – erməni baş nazir deyib.

Nikolun bu açıqlaması Bakıya qarşı demarş xarakter daşıyır. Qərbi Azərbaycan İcması artıq qayıdış konsepsiyasını hazırlayıb və hüquqlarının bərpası üçün BMT də daxil olmaqla müxtəlif beynəlxalq təşkilatlara müraciətlər ünvanlayıb. İcmanın rəhbəri Əziz Ələkbərli Ermənistanın baş naziri Nikol Paşinyana da müraciət edərək, doğma yurdlarına qayıtmalarına şərait yaradılmasını istəyib. Erməni baş nazir bu müraciətə təbii ki, mənfi reaksiya verdi. Həm də vaxtilə Azərbaycanda yaşamış, Qarabağda işğal başlayanda Ermənistana gedən ermənilərin geri qayıtmasını gündəmə gətirməklə manevr edir. Halbuki, Qərbi azərbaycanlılardan fərqli olaraq SSRİ dövründə Azərbaycan yaşamış ermənilərin qayıdış istəyi hüquqi baxımdan absurddur. Çünki Bakı, Sumqayıt və digər rayonlar ermənilərin ata-baba yurdu deyil, İrəvan, Zəngəzur, Göyçə isə azərbaycanlıların öz yurdudur.

Paşinyanın bu gedişi Qərbi Azərbaycan məsələsinin ciddiliyindən də xəbər verir və görünür ki, İrəvanda Bakının buna nail olacağına dair qorxular hər keçən gün artmaqdadır. Prezident İlham Əliyevin Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvəsində bu haqda dedikləri də xüsusi diqqət çəkir.

“Qərbi Azərbaycanda etnik təmizləməyə məruz qalan həmvətənlərimiz indi Qərbi Azərbaycan İcmasında birləşiblər. Onlar tarixi torpaqlara sülh yolu ilə qayıdışı qarşılarına məqsəd qoyublar. Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasına əsasən, indiki Ermənistan ərazisindən zorla deportasiya olunmuş azərbaycanlıların öz yurdlarına qayıdışı üçün müvafiq verifikasiya və zəmanət mexanizmi olan və hüquqi baxımdan məcburi olan beynəlxalq razılaşma əldə edilməlidir. Biz Azərbaycan dövləti olaraq Qarabağda yaşayan erməni sakinlərin fərdi hüquq və təhlükəsizliyini təmin edəcəyimiz kimi, Ermənistan da qarşılılıq prinsipi əsasında Qərbi azərbaycanlıların hüquq və təhlükəsizliyini təmin etməlidir”, – Prezident bildirib.

Dövlət başçısının çıxışından iki nəticə çıxır:

Birincisi, Bakı Qarabağdakı ermənilərin hüquq və təhlükəsizliyinin təmin edilməsinə adekvat olaraq Qərbi azərbaycanlıların da geri qayıtmasını gündəmə gətirəcək;

İkincisi, Bakı Qərbi Azərbaycan məsələsini artıq beynəlxalq təşkilatların gündəminə daşıyır: Türk Dövlətləri Təşkilatından sonra məsələnin Qoşulmama Hərəkatının da gündəminə gətiriləcəyi istisna deyil;

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90