image-rt-reklam
image-1backend

Əliyevin Putini təbrik etməsinə Kremldən dərhal reaksiya gəldi

image-728x90

Azərbaycan prezidenti İlham Əliyev Rusiya lideri Vladimir Putini ad günü münasibətilə telefonla təbrik edib.

Ulusal.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov bununla bağlı jurnalistlərə açıqlama verib.

“Doğrudan da Əliyev Putini telefonla təbrik edib. Digər məsələlər də müzakirə olunub”, – Kreml sözçüsü bildirib.

O, bunun “çox vacib” olduğunu vurğulayıb lakin bu söhbətin Rusiya ilə Azərbaycan arasında münasibətlərdə çoxdan gözlənilən “əriməyə” işarə olub-olmadığı ilə bağlı şərh verməkdən imtina edib.

“Hazırda deyə biləcəyim tək şey budur”, – Peskov deyib.

Vladimir Putin və İlham Əliyevin bu həftə Düşənbədə keçiriləcək MDB sammitində iştirak edəcəyi gözlənilir.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90